Bank Of Baku

DADP-nin sədr əvəzi qovulub

DADP-nin sədr əvəzi qovulub
# 31 avqust 2012 13:37 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Ramiz Orucov mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, R. Orucov DADP-nin sədr əvəzi Mirkazım Seyidovun son vaxtlar partiya ilə əlaqədar mətbuata verdiyi informasiyaların həqiqətə uyğun olmadığını diqqətə çatdırıb. O bildirib ki, M. Seyidov vəzifəsindən sui-istifadə edərək partiyada olan şəxsləri aldadıb və onlardan müəyyən məbləğdə pul tələb edib: “Mirkazım Seyidov bazar adamı olduğu üçün siyasətlə bazarı səhv salıb. Gəldiyi gündən bəzi şəxsləri aldadaraq pul toplamağa başlayıb. O, mətbuata müsahibəsində partiyamız haqqında yanlış məlumatlar verib və partiya üzvlərinin sayının az olduğunu deyib. Onun məqsədi partiyanı parçalamaq olub. Bizim səhvimiz ondan ibarətdir ki, bütün olanlardan sonra ona şans verərək partiyaya qaytardıq, amma o, düzəlmədi”.

TK sədrinin müavini Elşad Əliyev deyilənləri təsdiq edərək bəyan edib ki, partiyanın sədr əvəzi vəzifəsi partiyanın icraçı katibi Sevda Qələndərliyə həvalə olunub.

DADP-nin qurultayının bu il oktyabrın 13-də keçiriləcəyi açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR