Siyasi partiya və təşkilat rəhbərləri Ramil Səfərovun azadlığa çıxmasını yüksək qiymətləndirirlər - RƏY
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyanın saytına açıqlamasında prezident İlham Əliyevin Ramil Səfərovun əfv edilməsi haqqında sərəncamını qətiyyətin, cəsarətin və ədalətin təntənəsi adlandırıb: «Hesab edirəm ki, bütün Azərbaycan xalqı bu fikirdədir”. YAP-ın sədr müavini qeyd edib ki, Ramilin azadlığa çıxması Qarabağın azadlığının müjdəsi olacaq. Çünki Ramil Səfərovun taleyi ilə Qarabağın taleyində oxşarlıq var: “Həm Qarabağ, həm də Ramil təxribatın qurbanları olublar. Biri işğal olub düşmən tapdağı altındadır, digəri isə neçə il idi azadlıqdan mərhum olub. Ramil azadlığa qovuşdu, növbədə Qarabağın azadlığıdır. İnşallah, bir gün də prezident İlham Əliyev Qarabağın azadlığını bəyan edəcək. Buna hamı inanır, bunu hamı gözləyir. Haqsızlığın biri tarixin arxivinə göndərildi, digəri də, inanıram elə bu cür aradan qaldırılacaq. Əlbəttə, Ramil Səfərovun azadlığa buraxılması dövlətimizin sülhsevər siyasətinin, beynəlxalq aləmdə hörmət və nüfuzunun yüksəlməsinin aydın ifadə olunan nəticəsidir. Azərbaycan xalqı və dövləti bütün dünyada sülhsevərliyi ilə tanınır, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hörmətlə yanaşır. Dünya tarixində Azərbaycanın kimə, hansı bir dövlətə qarşı təcavüzü, haqsızlığı, başqalarının torpaqlarına göz dikməsi faktı qeydə alınmayıb. Azərbaycanın haqqı var ki, digərlərindən də eyni münasibəti gözləsin və sevindirici haldır ki, Macarıstan tərəfi bütün bunları qiymətləndirə bildi”.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov APA-ya açıqlamasında Ramil Səfərovun azad olunması üçün prezident İlham Əliyev tərəfindən verilən sərəncamın bütün Azərbaycan xalqını sevindirdiyini deyib: “Bütün ailə üzvlərini təbrik edirəm. Hesab edirəm ki, Ramil Azərbaycan ordusuna qayıtmalıdır. Onun azadlığa buraxılması bizi çox sevindirir”.
ADP sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, bu, ədalətin bərpası kimi dəyərləndirilməlidir.
AXCP sədri Əli Kərimli də APA-ya açıqlamasında Ramil Səfərovun azadlığa buraxılmasına sevindiyini bildirib: “Mən çox şad oldum. Başqa cür də ola bilməzdi. Xüsusən də erməni işğalçılarının hər yerdə törətdikləri minlərlə cinayətin müqabilində Ramil Səfərovun da azadlığa çıxmağa və Azərbaycan xalqının bunu gözləməyə haqqı var idi. Bu, müsbət hadisədir. Bütün millətimiz buna görə sevinir”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan hadisəyə münasibətinin müsbət olduğun söyləyib: “Ramil Səfərov özünü təmkinli apardı. Əsl Azərbaycan zabiti olduğunu sübut elədi. Azərbaycan zabiti kimi rütbəsi bərpa edilməli, hətta yüksək vəzifəyə gətirilməlidir” .
Müsavat Partiyasının başqanın müavini Tofiq Yaqublu da APA-ya açıqlamasında Ramil Səfərovun azadlığa çıxmasını müsbət qiymətləndirdiyini deyib: “Baxmayaraq ki, onun törətdiyi əmələ münasibətim birmənalı deyil. Hər halda bu sevindiricidir”.
AMİP-in mətbuat və informasiya xidmətinin yaydığı məlumatda partiya Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv olunması münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edib: “Bu yolda fəaliyyət göstərmiş təşkilatların, şəxslərin, dövlət qurumlarının əməyini yüksək qiymətləndirir, bir daha Ramil Səfərovun ailəsinə gözaydınlığı veririk”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə APA-ya açıqlamasında Ramil Səfərovun azadlığa buraxılmasını kifayət qədər cəsarətli və ədalətli addım kimi qiymətləndirib: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı Ramil Səfərovun çoxsaylı ailə üzvləri və yaxınları - dinc insanlar ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriliblər. Baş verən bu hadisələrdən Ramil Səfərov və onun sağ qalmış ailə üzvləri ciddi mənəvi sarsıntı keçiriblər. Bu baxımdan Ramil Səfərovun onu və Azərbaycan bayrağını təhqir edən Ermənistan zabitini qətlə yetirməsinin səbəbi aydın və anlaşılandır. Şübhəsiz ki, Ramil Səfərov bu əməli güclü ruhi sarsıntı vəziyyətində törətmişdi və belə hallarda ən çox 3 ilə qədər həbs cəzası nəzərdə tutulur. Ramil Səfərov isə bu hadisəyə görə 3 qat artıq cəza çəkib və onun azadlığa buraxılması həm hüquqi, həm də mənəvi baxımdan tamamilə ədalətli qərardır". Q. Həsənquliyev Ramil Səfərovun əfv olunması ilə bağlı Azərbaycan prezidentinin sərəncamını alqışladığını bəyan edib.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə APA-ya açıqlamasında bunun hamı üçün gözlənilməz hadisə olduğunu deyib: “Hesab edirəm ki, Ramil Səfərov elə Qarabağ deməkdir. Ramil Səfərovun azad edilməsi Qarabağın azad olunmasının başlanğıcı deməkdir. Onun Azərbaycan xalqı qarşısında xidməti çox böyükdür. Həmişə inanmışıq ki, torpaqlarımız işğaldan azad ediləcək. Bu gün Ramil Səfərovun azad edilməsi məndə inamı daha da artırdı ki, torpaqlarımızı da azad edəcəyik”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Fransa müdafiə sənayesində 100 min yeni işçi cəlb etməyi planlaşdırır
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
Tramp onun qərarlarını ləğv etdiyinə görə Ali Məhkəməni sərt tənqid edib
Avropa Parlamenti daxilində rüşvət, korrupsiya və islamofobiyanın mövcudluğu onun nüfuzuna ciddi zərbə vurur - RƏY
Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dron qəzaya uğrayıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
Asim Mollazadə: Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - MÜSAHİBƏ
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Azərbaycanla AİB arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan lideri: Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Prezident: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
Prezident: Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir