Bank Of Baku

Milli Məclisdə vətəndaşların qəbulu bərpa edilib

Milli Məclisdə vətəndaşların qəbulu bərpa edilib
# 03 sentyabr 2012 07:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclis (MM) Aparatında vətəndaşların qəbulu bərpa edilib. APA-nın məlumatına görə, avqustun 30-da deputatların məzuniyyəti bitdikdən sonra Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi 2012-ci ilin sentyabr ayı üçün vətəndaşların qəbulu günlərini açıqlayıb. İlk qəbul günü sentyabrın 7-dən başlayır. MM sədrinin birinci müavin Ziyafət Əsgərov vətəndaşları sentyabrın 24-də qəbul edəcək. Digər müavinlərdən Bahar Muradovanın qəbul günü sentyabrın 17-də, Valeh Ələsgərovun qəbul günü isə sentyabrın 28-dir.

Qeyd edək ki, vətəndaşların qəbulu iyulun 15-də dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR