Bank Of Baku

Ramil Səfərovun əfv edilməsi ilə bağlı Azərbaycan prezidentinə ölkədə və xaricdə yaşayan azərbaycanlılardan təşəkkür məktubları gəlir

Ramil Səfərovun əfv edilməsi ilə bağlı Azərbaycan prezidentinə ölkədə və xaricdə yaşayan azərbaycanlılardan təşəkkür məktubları gəlir
# 02 sentyabr 2012 20:36 (UTC +04:00)
APA-nın məlumatına görə, təşəkkür məktublarında R. Səfərovla bağlı atılan addımın xalqda ruh yüksəkliyi yaratdığı vurğulanıb. Həmçinin qeyd olunub ki, R. Səfərovun azadlığa çıxması ilə erməni diasporasının fəaliyyəti bir gün içərisində “müflisləşdi”.

Məktublar ölkənin bütün istiqamətlərindən – Aran bölgəsindən Qarabağ zonasına qədər (Bakı, Sumqayıt, Ağdam, Cəlilabad, Qobustan, Gəncə, Ağsu və s.), həmçinin müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlılardan (Rusiya, Ukrayna, BƏƏ və s.) gəlir.

Qeyd edək ki, avqustun 31-də Macarıstandan Azərbaycana qaytarılan Ramil Səfərov Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Daha sonra o, müdafiə nazirinin əmri ilə xidmətə bərpa edilib. R. Səfərov bundan sonra mayor rütbəsi daşıyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR