Bank Of Baku

DCUMH İdarə Heyətinin növbəti yığıncağı keçirilib

DCUMH İdarə Heyətinin növbəti yığıncağı keçirilib
# 03 sentyabr 2012 11:15 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Bu gün Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. APA-nın məlumatına görə, yığıncaqda qərarların icrası müzakirə olunub.

DCUMH İdarə Heyəti Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılmasını təqdir edib. Toplantıda DCUMH-un seçki qanununa dəyişikliklərlə bağlı layihənin geniş müzakirəsinin bu ilin sentyabrın 14-də keçirilməsi haqqında qərar qəbul edilib.

İdarə Heyəti, həmçinin zabit Ramil Səfərovun Azərbaycana qayıtması və azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edərək, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR