Bank Of Baku

BAXCP Milli Məclisi növbədənkənar iclas keçirməyə çağırıb

BAXCP Milli Məclisi növbədənkənar iclas keçirməyə çağırıb
# 03 sentyabr 2012 13:00 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ictimai-siyasi məsələlər müzakirə olunub. Toplantıda zabit Ramil Səfərovun Bakıya gətirilməsi və azadlığa buraxılması məsələsi də diqqət mərkəzində olub.
BAXCP İdarə Heyəti Ramil Səfərovun Azərbaycana ekstradisiyasından və azad edilməsindən sonra Ermənistanda parlamentin növbədənkənar sessiyasının çağırılması, eləcə də düşmən ölkədə müharibə çağırışlarının səsləndirilməsi ilə əlaqədar bəyanatla çıxış edib. İdarə Heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaq və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində təsirli və qəti qərarlar qəbul etmək məqsədilə dövlət başçısının, hökumətin, bütün siyasi partiya rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Milli Məclisin növbədənkənar iclasının keçirilməsinə çağırıb. BAXCP hesab edir ki, bu gün Ermənistan deyil, məhz Azərbaycan çoxdan işğalçıları torpaqlarımızdan qovmaq üçün belə bir addım atmalıdır.
Partiya Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun qaytarılmasına və azad olunmasına bəzi dövlətlərin münasibətini pisləyib. Partiya hesab edir ki, Ramil Səfərovun beynəlxalq konvensiyalara və Azərbaycan qanunvericiliyinə əsaslanan qaytarılması və əfv qərarına isterik münasibət anlaşılmazdır.

BAXCP bəyan edib ki, Azərbaycanı öz torpaqlarını işğaldan azad etmək istiqamətində zor tətbiqindən çəkindirməyə çalışan, Ermənistanın işğalçı siyasətinə göz yuman, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin hələ də yerinə yetirilməməsindən narahat olmayan bəzi beynəlxalq təşkilatların və dövlətlərin indi bir nəfərin azad edilməsinə bu cür təpki göstərməsi qəbuledilməzdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR