Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 03 sentyabr 2012 15:24 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Fanta Orrla görüşü və müzakirə edilən məsələlər barədə məlumat verib.

Divan AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Sabirabad rayon İcra Hakimiyyətinin binası qarşısında yerləşən büstünün təmir adı altında götürülməsinə etirazını bildirib.

Toplantıda ölkədəki ictimai-siyasi vəziyyətin durumuna dair müzakirələr zamanı məcburi köçkünlərin sosial durumu ilə bağlı daha bir problemin ortaya çıxdığı bildirilib. Qeyd edilib ki, məcburi köçkünlər üçün nəzərdə tutulan yardım ailə başçılarından birinin pasport qeydiyyatından çıxması ilə əlaqədar dayandırılır. Divan məcburi köçkünlərə qarşı atılan bu addımı pisləyib və bu yanlışlığın aradan qaldırılmasının zəruriliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR