Bank Of Baku

Əli Həsənov: “Azərbaycan saytlarına hücumların arxasında Ermənistan dövləti və onun beynəlxalq aləmdəki dayaqları durur”

Əli Həsənov: “Azərbaycan saytlarına hücumların arxasında Ermənistan dövləti və onun beynəlxalq aləmdəki dayaqları durur”
# 04 sentyabr 2012 09:17 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənovun fikrincə, beynəlxalq aləmdə Azərbaycana qarşı yönəldilən ciddi informasiya hücumlarının, o cümlədən ölkəmizin elektron KİV-inə müdaxilələrin arxasında Ermənistan dövləti və onun beynəlxalq aləmdəki dayaqları durur.

Şöbə müdiri bildirib ki, erməni tərəfinin sözügedən hücumları ilə bağlı Azərbaycan hakimiyyəti və hakimiyyət strukturları ciddi işə başlayıb: “Hazırda həm ölkə daxilində, həm ölkəni beynəlxalq aləmlə bağlayan elektron trafiklərdə, eyni zamanda beynəlxalq aləmdə bu məsələlərlə məşğul olan müvafiq mərkəzlərlə ciddi iş aparılır, qarşı tərəfin hücumlarının qarşısının alınması və Azərbaycanın elektron informasiya vasitələrinin ahəngdar işinin təmin olunması istiqamətində işlər görülür”.

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ölkəyə gətirilməsi və əfv edilməsindən sonra Azərbaycanın bir sıra KİV-lərinin saytlarına, o cümlədən apa.az, vesti.az, mediaforum.az, musavat.com, 1news.az, həmçinin bəzi dövlət qurumlarının saytlarına haker hücumları başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR