Bank Of Baku

İctimai Palatanın sessiyasında qalmaqal baş verib

İctimai Palatanın sessiyasında qalmaqal baş verib
# 08 sentyabr 2012 10:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) sessiyası keçirilir. APA-nın məlumatına görə, sessiyanın əvvəlində ciddi mübahisə düşüb. Belə ki, İP-nin üzvü hüquqşünas Elman Cəlilov iclasda bir neçə təklif səsləndirib və təkliflərinin gündəliyə salınmasını tələb edib. Onun təkliflərindən biri Azərbaycan Respublikasının gerbinin dəyişdirilməsi olub: “İndiki gerb ADR-in gerbi deyil. Bu gerbə bir rəssamın kefi istəyib, “Allah” sözü yazıb”. O, Əbülfəz Elçibəyin öldürüldüyünü iddia edib və bu məsələnin araşdırılmasını istəyib.

İclasda sədrlik edən İP Koordinasiya Şurasının üzvü Ədalət Yusubov Elman Cəlilovun səsləndirdiyi təklifləri gündəliyə salmayıb. Bu zaman E. Cəlilov əsəbiləşib və israrla təkliflərinin gündəliyə salınmasını tələb edib: ”Həmişə deyirsiniz ki, demokratiya istəyirik. Özünüz demokratsınızsa, niyə təkliflərimi səsverməyə çıxarmadınız?”. İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn də məsələyə qarışıb. E. Cəlilovun təklifləri səsverməyə çıxarılıb. Səsvermə nəticəsində E. Cəlilovun təklifləri rədd edilib.

İP Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər məsələyə münasibət bildirib. O, İP-in iclaslarına öyrədilmiş şəxslərin qatıla bilməsinə işarə edib. E. Cəlilov isə Müsavat başqanını onu hədəfə almaqda ittiham edib: “Siz mənim bostanıma daş atırsınız”. İ. Qəmbərin ona cavabı maraqlı olub: “Deyin görüm, sizin bostanınız hardadır?”.

Daha sonra İP işini davam etdirib. İclasda hazırda həbsdə olan Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin sədri Rafiq Cəlilov İP üvlüyünə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR