Bank Of Baku

Zəminə Dünyamalıyeva: “İctimai Palatada antidemokratik addımlar atılır”

Zəminə Dünyamalıyeva: “İctimai Palatada antidemokratik addımlar atılır”
# 08 sentyabr 2012 12:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. ACP funksioneri, İctimai Palatanın (İP) üzvü Zəminə Dünyamalıyeva İP-in bu gün keçirilən sessiyasında qurumun fəaliyyətini tənqid edib. APA-nın məlumatına görə, Z. Dünyamalıyeva deyib ki, İP-də antidemokratik addımlar atılır. O, sessiyada çıxış edən hüquqşünas Elman Cəlilovun təkliflərinin nəzərə alınmamasını pisləyib.

Z. Dünyamalıyeva deyib ki, sessiyanın gedişində çıxış edən müsavatçıları cəbhəçilər, çıxış edən cəbhəçiləri isə müsavatçılar alqışlamırlar.

ACP funksionerlərinin bu çıxışı etirazla qarşılanıb, hətta onun ünvanına “ayıb olsun” ifadələri işlədilib. Buna baxmayaraq, çıxışını davam etdirən Z. Dünyamalıyeva İP-də 5 nəfərdən ibarət Koordinasiya Şurası (KŞ) yaradılmasını, KŞ-da iki nəfərin İP-dən, iki nəfərin Demokratik Qüvvələrin Məşvərət Məclisindən, bir nəfərin isə kənardan təmsil olunmasını təklif edib.

Lakin onun təklifləri nəzərə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR