Bank Of Baku

Müsavat Partiyası ümumrespublika müşavirəsi keçirib

Müsavat Partiyası ümumrespublika müşavirəsi keçirib
# 09 sentyabr 2012 18:45 (UTC +04:00)
Bakı-APA. Bu gün Müsavat Partiyasının qərargahında partiyanın ümumrespublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müsavat Partiyası başqanı İsa Qəmbərin giriş sözü ilə başlayan müşavirə altı saata yaxın davam edib. Müşavirədə partiyanın rayon-şəhər təşkilatları sədrləri, başqan müavinləri, funksionerlər və partiya fəalları iştirak edib.

Müşavirədə Arif Hacılı məruzə ilə çıxış edib. Divan üzvləri Qubad İbadoğlu, Tural Abbaslı və digərlərinin nitqləri dinlənilib. Müşavirədə rayon-şəhər təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, qurultaya hazırlıq mərhələsində bütün təşkilatlarda konfrans və ümumi yığıncaqların keçirilməsinin başa çatdırılması, partiyaya yeni üzvlərin, o cümlədən gənclərin, qadınların cəlb edilməsinə diqqətin artırılması, partiya strukturlarının möhkəmləndirilməsi və respublikanın bütün bölgələrində zona müşavirələrinin keçirilməsi barədə tapşırıqlar verilib.

Təşkilat sədrləri və partiya fəalları vətəndaş cəmiyyəti institutları, ayrı-ayrı sosial təbəqələrin və qrupların nümayəndələri ilə əlaqələrin qurulması və partiya üzvlərinin internet şəbəkəsində fəallığının artırılması istiqamətində fəaliyyətləri barədə məlumat veriblər.

Müşavirə mətbuata qapalı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR