Bank Of Baku

Rəsul Quliyevin müşaviri İctimai Palatanın rəhbərliyini tənqid edib

Rəsul Quliyevin müşaviri İctimai Palatanın rəhbərliyini tənqid edib
# 10 sentyabr 2012 12:15 (UTC +04:00)
Zəminə Dünyamalıyeva: “Əvvəldən demişdim ki, özünüzə demokrat desəniz də, mobil birlikdən dəm vursanız da, nə demokratikliyiniz var, nə mobilliyiniz”

Bakı. Pərvin Abbasov – APA. “İctimai Palatanın sessiyasındakı çıxışımın mətbuat tərəfindən bu cür işıqlandırılması məni təəccübləndirdi. Orada mən İP-in üzvü Elman Cəlilovun çıxışını müdafiə etmədim. Dedim ki, mən də Elman bəyin təklifləri ilə razı deyiləm, ancaq bu zalda əyləşənlər, İctimai Palata deyilən qurum demokratikləşmə uğrunda mübarizə aparırsa, iclaslarda təklif verənlərə də demokratik ruhla yanaşmalıdır. Adam təklif verirsə, sakit dinlənilməli, sonra da qaydalara uyğun davranılmalıdır”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) liderinin müşaviri, partiyanın sədr müavini, İctimai Palatanın (İP) Zəminə Dünyamalıyeva deyib.

O, İP-in iclasında bu qurumun Demokratik Qüvvələrin Məşvərət Məclisi ilə birgə fəaliyyət göstərməsi ilə bağlı təklif səsləndirərkən Müsavat başqanı İsa Qəmbərin onun çıxışını ironiya, İP-in digər üzvlərinin isə aqresiya ilə qarşılamasına da münasibət bildirib: “Mən onların sözləri ilə əməllərinin düz gəlməməsini ifadə edəndə Palata üzvləri narazılıqlarını bildirdilər. Mən təklif verəndə isə İsa Qəmbər başqa olmaqla həmin ideyanı ironiya ilə qəbul etdilər. Mən də onu əvvəlcədən demişdim ki, siz nə qədər özünüzə demokrat desəniz də, mobil birlikdən dəm vursanız da, nə demokratikliyiniz var, nə mobilliyiniz. Əslində, mən bilirdim ki, təklifim qəbul olunmayacaq. Amma mən seçki ilindən əvvəlki ildə müxalifət düşərgəsini birliyə çağırdım. Onlar qəbul edəcəkdi, etməyəcəkdi, bu, sonrakı məsələdir. 20 ildir həmin İctimai Palatada birləşənlər haqqında danışdığım birliyin qarşısına həmişə sədd qoyublar, bu gün də bunu etməkdə maqalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR