Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyasının qurultayının Gürcüstanda keçirilməsi ehtiyat variant kimi qüvvədə qalır”

Arif Hacılı: “Müsavat Partiyasının qurultayının Gürcüstanda keçirilməsi ehtiyat variant kimi qüvvədə qalır”
# 10 sentyabr 2012 13:04 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Qurultaya yer ayrılan kimi partiya VIII qurultayını keçirəcək”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, qurultayın gecikməsinə səbəb Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən partiyaya hələ də münasib yer ayrılmamasıdır: “Qurultayın sentyabrda keçirilməsi planlaşdırılırdı. Lakin bizə yer verilmədiyi üçün bu vaxt uzanacaq. İcra Hakimiyyətindən müsbət cavab alınarsa, bir aya, yaxud ay yarıma partiya öz qurultayını keçirəcək”.

A. Hacılı onu da qeyd edib ki, partiyanın qurultayının Gürcüstanda keçirilməsi ehtiyat variant kimi hələ də qüvvədə qalır: “Əgər yer verilməsə, qurultayın Gürcüstanda keçirilməsi müzakirə olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR