Bank Of Baku

ADP İdarə Heyətinin toplantısı keçirilib

ADP İdarə Heyətinin toplantısı keçirilib
# 10 sentyabr 2012 13:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə edilib. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun prezident fərmanı ilə əfv edilməsindən sonra bir sıra beynəlxalq qurumların, xüsusilə də Avropa Parlamentinin dinləmələr keçirmək istəyi, bu istiqamətdə Azərbaycana basqıların artması ilə əlaqədar partiyanın İdarə Heyəti bəyanat qəbul edib.

İdarə Heyəti NATO baş katibi A. F. Rassmussenin Azərbaycana səfərinin nəticələrinə də münasibət bildirib.

İdarə Heyətində partiyanın Saatlı rayon təşkilatının fəalı İlham Süleymanovun rayon məhkəməsi tərəfindən 6 ay azadlıqdan şərti məhrumetmə cəzasına məhkum edilməsi və partiyanın fəal gənclərindən biri Rəsul Mürsəlovun Azərbaycan-Gürcüstan sərhədini pozması ittihamı ilə həbs olunması qətiyyətlə pislənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR