Azərbaycan prezidenti: “Avropa Şurası baş katibinin vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər, niyə səsini çıxarmır?”
Dövlət başçısı R. Səfərovun qaytarılması və əfv edilməsindən sonra Azərbaycana qarşı təzyiq və ittihamların başladığını bildirib: “Ermənilər, dünyanın erməni lobbisi hay-küy qaldırdılar. Mən bir neçə ay bundan əvvəl təsadüfən deməmişdim ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Bunlar indi Azərbaycana qarşı nə qədər çirkin kampaniya aparırlar. Onların himayəsində olan rüşvətxor, riyakar, satılmış senatorlar, bəzi beynəlxalq qurumların rəhbərləri, bəzi siyasətçilər indi Azərbaycana əsassız ittihamlar irəli sürürlər. Axı bu ittihamların əsası yoxdur. Hər şey qanun çərçivəsində, Avropanın qəbul etdiyi konvensiyalar çərçivəsində edilib. Amma görün, Avropa Şurasının baş katibi nə deyib? Bu adam ki, bunun vəzifəsi humanizmi təcəssüm etdirməkdir, bunun vəzifəsi insan hüquqlarının qorunmasıdır. Avropa Şurası dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Mən bunu yaxşı bilirəm. Çünki üç il Avropa Şurasındakı nümayəndə heyətinə başçılıq etmişəm. Təkidlə təzyiq edirdilər ki, biz cinayətkarları azadlığa buraxaq. Mən xatırlayıram, onların arasında bir cinayətkar var idi ki, Avropa Şurasının təkidi ilə azadlığa buraxıldı. Ondan bir neçə ay sonra yenə cinayət törətdi, bütöv bir ailəni, ata, ana və kiçikyaşlı qız uşağını qətlə yetirdi. Həmin bu Avropa Şurası ki, bunun azadlığa çıxmasını tələb edirdi, indi də məni ittiham edir ki, Ramil Səfərovu niyə əfv etmişəm.
Həmin o adamın vətənindən olan Breyviq 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər. Hər bir ölənə elə bil ki, 3 ay cəza düşür. Elə şey olarmı? Ona görə niyə səsini çıxarmır? Yaxud da bir ermənipərəst senator var Menendez. Qatı antiazərbaycan, islamafob, ermənipərəst bir adamdır. Onun son əməli ondan ibarətdir ki, Amerikanın Azərbaycandakı əvvəlki səfirinin vaxtının uzadılmasına yol vermədi, onun namizədliyinin qarşısını aldı. İki səbəbə görə. Birinci səbəb, Amerika səfiri qondarma “erməni soyqırımı”nı tanımır. O, heç tanımamalıdır. Çünki Amerika dövləti bunu tanımır. İkinci səbəb ondan ibarət idi ki, bu səfirin xanımı türk mənşəlidir. Axı bu, rasizmdir, bu, islamofobiyadır. Yenə də deyirəm, biz bunları bilməliyik. Amma onu demək istəyirəm ki, bunların heç biri mənim iradəmə, fikirlərimə, hərəkətlərimə təsir edə bilməz və heç vaxt təsir etməyəcək”.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Xəbər Lenti
Hacıqabulda sərnişin avtobusu aşıb, çoxsaylı xəsarət alan var - FOTO
Fitso: NATO sammitində Rusiya ilə dialoqa maraq nümayiş etdirilib
KİV: Kiyevin HHM sistemləri Rusiyanın yeni zərbələrinin qarşısını almaqda çətinlik çəkir
Polşa XİN: Paris və Varşava “nüvə çətiri” layihəsi üzrə məsləhətləşmələrə başlayıb
ABŞ İrana qarşı növbəti hücum dalğasına başlayıb
DÇ-2026: İngiltərə yarımfina yüksəlib
SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb
KİV: Avropa Hörmüz boğazından keçid üçün könüllü rüsum ödəməyə razılıq verə bilər
Kuba Prezidenti: Təhlükə Havana deyil, Vaşinqtondur
ABŞ hərbçiləri Beyrutda Livan ordusunun “pilot zonalar”da yerləşdirilməsi planını müzakirə edir
Oman Hörmüz boğazında gəmilərin iki marşrut üzrə hərəkətini təklif edib
Bakıda qonşular arasında mübahisə qətllə nəticələnib
Tovuzda yaşayış evində baş verən yanğın söndürülüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
Biləcəridə marketdə bıçaqlanma hadisəsi baş verib
Zaqatalada yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Tovuz döyüşlərindən 6 il ötür
CBS: ABŞ nümayəndələri Omanda İran üzrə məsləhətləşmələrdə iştirak etmir
Oman və İran Hörmüz boğazında təhlükəsizlik üzrə danışıqları davam etdirəcək
Tramp növbəti tibbi müayinədən “əla” nəticə ilə keçdiyini bildirib
Mingəçevirdə 24 yaşlı gənc suda boğularaq ölüb
Linda Noskova “Uimbldon” turnirinin qalibi olub
Çin aviaşirkətləri qasırğa səbəbindən 2,8 mindən çox reysi ləğv etməyi planlaşdırır
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə zərbələr endirib
Prezidentin sosial media hesablarında Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşünə dair paylaşım edilib - VİDEO
Bakıda sağlamlıq mərkəzinin rəhbəri işçi tərəfindən qətlə yetirilib, polis hadisəni törədən şəxsi saxlayıb
Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - FOTO - YENİLƏNİB
Rusiya Sumıya zərbələr endirib, biri uşaq olmaqla 5 nəfər ölüb, 30 yaralı var- YENİLƏNİB
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO - YENİLƏNİB
Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib - VİDEO
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - FOTO
Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Kürdəmirdəki Bakı-Batumi neft kəmərinin ötürücü nasos stansiyası mədəniyyət abidələri siyahısına daxil edilə bilər
Xaçmazda sürücü sükan arxasında ölüb, avtomobil gölə düşüb - YENİLƏNİB
Sabah çimərliklərdə hava küləkli olacaq
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub
Prezident Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış olub
Müctəba Xamenei Seyid Əli Xameneinin və öldürülən digər iranlıların qisasının alınacağını bildirib
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub
AQTA: Heyvanların daşınması ilə bağlı yeni tələblər daxili daşımalara şamil edilmir
Rusiya Odessaya raket zərbəsi endirib, iki nəfər ölüb
Vyetnamda turist qayığının batması nəticəsində 15 nəfər ölüb