Bank Of Baku

Parlamentin Regional məsələlər komitəsinin 2012-ci il payız sessiyası üçün iş planı təsdiqlənib

Parlamentin Regional məsələlər komitəsinin 2012-ci il payız sessiyası üçün iş planı təsdiqlənib
# 12 sentyabr 2012 14:03 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) Regional məsələlər omitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə və başqaları iştirak edib.

Komitə sədri Arif Rəhimzadə komitənin MM-in 2012-ci il yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər haqqında danışıb. Müvafiq hesabat komitə üzvləri tərəfindən bəyənilib. Hesabatı Prezident Administrasiyası və Ədliyyə Nazirliyinin nümayəndələri də müsbət dəyərləndirib. Daha sonra komitənin 2012-ci il payız sessiyası üçün iş planı təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR