İctimai Palata Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyir
12 sentyabr 2012 16:04 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. İctimai Palatanın Koordinasiya Şurası (İP KŞ) Müsavat Partiyası üzvü Nigar Yaqublunun həbsi ilə bağlı bəyanat yayıb. Təşkilatdan APA-ya daxil olan bəyanatda qeyd ounub ki, faciəvi nəticəyə səbəb olan yol-qəza hadisəsinə görə Müsavat Partiyası üzvünün haqqında həbs-qətimkan tədbirinin seçilərək həbs olunmasını İP KŞ üzüntü ilə qarşılayıb. İP hadisə ilə bağlı aparılan istintaq hərəkətlərinin gedişinə müdaxilə etməyərək diqqəti belə bir hala cəlb etməyi lazım bilir ki, analoji hadisəyə görə gənc bir xanımın məhkəməyə qədər həbs edilməsi Azərbaycan hüquq-mühakimə təcrübəsində bir ilkdir: “Ümumiyyətlə, bu tipli hərəkətlərə görə məhkəməyə qədərki müddətdə həbs-qətimkan tədbirinin seçilməsinə nadir hallarda yol verilib. Odur ki, gənc xanım olan Nigar Yaqublu haqqında bu qərarın verilməsinin onun özünün və valideyninin siyasi mənsubiyyəti ilə bağlı ayrı-seçkilik hərəkəti olması şübhəsi yaranmaya bilməz. İP ümid edir ki, bu, belə deyil. İctimai Palata ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edərək, xalqımızın əxlaqi-mənəvi dəyərlərinin, Nigar Yaqublunun gəncliyinin nəzərə alınmasını, onun haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsini xahiş edir”.
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:32
15 may 2024