Bank Of Baku

“Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarılacaq

“Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarılacaq
# 14 sentyabr 2012 10:25 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu MM-in Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Qanun layihəsinin sessiya müddətində hər üç oxunuşdan keçməsi gözlənilir. Bunun çox mürəkkəb qanun layihəsi olduğunu deyən komitə sədri bildirib ki, sənəd elm sahəsində münasibətlərin qanuni müstəvidə həll olunmasına yardım edəcək.

Ş. Hacıyevin sözlərinə görə, payız sessiyasında “Ali təhsil haqqında” qanun layihəsi də müzakirə olunacaq.

“Təhsil kreditləri haqqında” qanun layihəsi Elm və Təhsil Komitəsinin payız sessiyasının iş planına salınsa da, sonradan çıxarılıb. Ş. Hacıyev deyib ki, həmin layihəyə MM-in İqtisadiyyat Komitəsində baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR