Bank Of Baku

ADP: Qərb cəmiyyətlərində dözümsüzlük inkişaf edir

ADP: Qərb cəmiyyətlərində dözümsüzlük inkişaf edir
# 14 sentyabr 2012 12:46 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Demokrat Partiyası ABŞ-da Məhəmməd peyğəmbər haqqında çəkilən filmlə bağlı bəyanatla çıxış edib. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir: “İslamın müqəddəs şəxsiyyətini ləkələməyə yönəlmiş və dünya müsəlmanlarının hiddətinə səbəb olmuş filmi meydana çıxaranları şiddətlə qınayır, bu hadisəni dünyada yaşayan bir milyarddan çox müsəlmanın dini inanclarının təhqir edilməsi və Qərb cəmiyyətlərində dözümsüzlüyün inkişaf etməsi kimi dəyərləndiririk. ADP ABŞ-da “Quran”ın yandırılması, Danimarkada peyğəmbərin karikaturasının çəkilməsi, Avstriyada məscidlərin minarələrinin tikilməsinə qoyulan qadağa, Fransada hicabın qadağan edilməsi və digər bu kimi hadisələri son illər Qərb mədəniyyətində islamofobiyanın inkişaf etməsinin və islam mədəniyyətinə qarşı qeyri-sağlam münasibətin formalaşmasının təzahürü kimi qiymətləndirir. ADP eyni zamanda islam ölkələrində bu təxribata qarşı aşkar zorakılıqla müşahidə olunan radikal qüvvələrin etirazlarını pisləyir, xüsusilə də Liviyada ABŞ diplomatlarının qətlə yetirilməsindən təəssüflənir, ABŞ xalqına və dövlətinə başsağlığı verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR