Bank Of Baku

BAXCP siyasi partiyaların Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar birgə etiraz bəyanatı qəbul etmələrini alqışlayıb

BAXCP siyasi partiyaların Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar birgə etiraz bəyanatı qəbul etmələrini alqışlayıb
# 17 sentyabr 2012 12:16 (UTC +04:00)
Bakı – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP-dən APA-ya verilən məlumata görə, müzakirə olunan ilk məsələ Avropa Parlamentinin Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması və əfvi ilə bağlı qətnaməsi olub.

BAXCP İdarə Heyəti Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların məsələ ilə bağlı eyni mövqe sərgiləmələrini və Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar birgə etiraz bəyanatı qəbul etmələrini alqışlayıb.

Sonra partiyanın III Qurultayına hazırlıqlara dair qurultaya hazırlıq üzrə təşkilat komitəsi sədrinin müavini Söhrab Abdullayev məlumat verib. S. Abdullayev sentyabrın 17-dək olan müddət ərzində partiyanın 36 rayon və şəhər təşkilatında hesabat-seçki konfranslarının keçirildiyini və indiyədək 497 qurultay nümayəndəsinin seçildiyini bildirib. O, digər rayon və şəhər təşkilatlarında hesabat-seçki konfranslarının oktyabrın birinci yarısında başa çatacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR