Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 17 sentyabr 2012 14:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantı zamanı qərarların icrası vəziyyəti, görülən işlər, partiya daxili məsələlər və ölkədəki ictimai-siyasi durum müzakirə olunub. Partiyadaxili məsələlərin müzakirəsi zamanı Müsavat Partiyasının bu həftə zona müşavirələrinə start verəcəyi və ilk toplantıya respublikanın şimal-qərb zonasından başlayacağı bildirilib.

İctimai-siyasi məsələlərin müzakirəsi zamanı sentyabrın 17-si Sumqayıt şəhər Apelyasiya Məhkəməsinin Müsavat Partiyasının Məclis üzvü, Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müsbət qərar çıxarmaması pislənilib.

Divanda həmçinin N. Yaqublunun hüquqlarını müdafiə komitəsinin yaradılması barədə müzakirələr aparıb.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR