Bank Of Baku

Müsavat Partiyası Nigar Yaqublunun həbsdə saxlanması ilə bağlı bəyanat yayıb

Müsavat Partiyası Nigar Yaqublunun həbsdə saxlanması ilə bağlı bəyanat yayıb
# 17 sentyabr 2012 14:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Müsavat Partiyası Nigar Yaqublunun apellyasiya şikayətinin təmin olunmamasına dair məhkəmə qərarı ilə bağlı bəyanat yayıb.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda məhkəmə zamanı cəmiyyətin müxtəlif təbəqələrinin ölkə başçısına müraciətlərinin nəzərə alınmamasının bu işin arxasında siyasi maraqların olmasına şübhələri daha da artırdığı qeyd olunub.

Müsavat Partiyası hesab edib ki, ölkədə siyasi partiyalarla dialoq mühiti yaratmaq təşəbbüskarı kimi çıxış edən hakimiyyət qüvvələrinin bu günlərdə Ramil Səfərovun ekstradisiyası və əfv olunması ətrafında yaranan problemlərin həlli istiqamətində birgə müraciət imzalamaq təşəbbüsünə Müsavat Partiyasının milli maraqlar naminə müsbət cavab verməsinə cavab olaraq hakimiyyət qüvvələrinin belə hallarda kimsəyə tətbiq olunmayan cəza tədbirinin gənc bir xanıma qarşı tətbiq etməsi başa düşülən deyil.

Müsavat Partiyası Nigar Yaqublu ilə bağlı həbs-qətimkan tədbirinin dəyişdirilməsini tələb edib və N. Yaqublu həbsdən azad olunmayacağı halda Müsavat Partiyası özünün müttəfiqləri ilə birlikdə ölkə Konstitusiyasına və qanunlarına uyğun olan bütün metod və vasitələrdən istifadə edərək, onun azadlığına nail olmaq üçün mübarizəyə başlayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR