Bank Of Baku

Gülağa Aslanlı: “Oktyabrda qurultay keçirmək üçün Gürcüstandan yer istəməyimiz yersiz olardı”

Gülağa Aslanlı: “Oktyabrda qurultay keçirmək üçün Gürcüstandan yer istəməyimiz yersiz olardı”
# 19 sentyabr 2012 12:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Partiyanın qurultayının Gürcüstanda keçirilməsi məsələsi hələ də gündəmdədir. Ancaq oktyabrda Gürcüstanda prezident seçkiləri keçiriləcək. Bu səbəbdən də onlardan yer istəməyimiz bir qədər yersiz olar. Amma yəqin ki, oktyabrdan sonra qurultayın Tiflisdə keçirilməsi üçün Gürcüstan hökumətinə müraciət edəcəyik”. Bunu APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, artıq partiya təşkilatlarında hesabat-seçki konfransları yekunlaşıb, qurultay nümayəndələri seçilib: “Demək olar ki, qurultaya hazırıq. Yalnız qurultayın keçirilməsi üçün yer ayrılması məsələsi həllini tapmayıb. Yerlə təmin olunsaq, oktyabrda qurultayı keçirə biləcəyik”.

G. Aslanlı qeyd edib ki, əvvəlki müraciətlərdən sonra qurultaya yer ayrılması üçün müvafiq dövlət qurumlarına müraciət olunmayıb: “Güman edirik ki, qurultayın Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) keçirilməsi üçün heç bir maneə qalmayıb. Yəni həmin sarayda keçirilən bütün beynəlxalq tədbirlər yekunlaşıb. Hökumət özündə güc tapıb, bizə cavab verməlidir. Partiyanın yenidən hökumətə bununla bağlı müraciət etməsi məsələsi isə müzakirə edilməyib. Ola bilər ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclasında bu məsələ müzakirə olunsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR