Bank Of Baku

AMİP sədri Yusif Bağırzadə: “Müxalifət seçkilərə vahid namizəd, platforma və komanda ilə getməlidir”

AMİP sədri Yusif Bağırzadə: “Müxalifət seçkilərə vahid namizəd, platforma və komanda ilə getməlidir”
# 19 sentyabr 2012 13:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “2013-cü ildə Azərbaycan Milli İstiqlal Partiyasının X qurultayı keçiriləcək. Həmin qurultayda partiyanın prezident seçkilərində iştirak edib-etməməsi məsələsinə aydınlıq gətiriləcək. Əgər partiya seçkidə iştirak edəcəksə, namizəd müəyyənləşdiriləcək. Bu namizəd partiyanın lideri, sədri və ya kənardan bir şəxs də ola bilər”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə verib. Onun sözlərinə görə, qurultay 2013-cü ilin əvvəlində keçiriləcək.

Y. Bağırzadə qeyd edib ki, AMİP prezident seçkisində iştirak etməkdə maraqlıdır: “AMİP Azərbaycanda yeganə siyasi partiyadır ki, 60 dövlətdən olan 80-dən artıq siyasi partiyanın təmsil olunduğu Beynəlxalq Demokrat İttifaqının üzvüdür. Bizim seçkilərin nəticələri haqda mövqeyimiz bu qurum üçün əsas hesab olunur. Bununla yanaşı AMİP siyasi partiyaların inteqrasiyasının tərəfdarıdır. Müxalifət seçkilərə vahid namizəd, platforma və komanda ilə getməlidir. Müxalifət seçkilərə qeyd etdiyim formatda getməsə, AMİP seçkilərə öz namizədi ilə qatılmaq məcburiyyətində qalacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR