Bank Of Baku

Müsavatçı gənclər ATƏT-in Bakı ofisində görüş keçiriblər

Müsavatçı gənclər ATƏT-in Bakı ofisində görüş keçiriblər
# 19 sentyabr 2012 13:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müsavat Gənclər Təşkilatının rəhbərliyi ATƏT-in Bakı ofisində olub. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, müavinləri Əhəd Məmmədli və Rauf Məmmədli ATƏT-in demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deçlə görüşüblər. Görüşdə Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun həbsi barədə müzakirə aparılıb. T. Abbaslı N. Yaqublunun kimliyi və onun həbsinin detalları ilə bağlı ingiliscə hazırlanan məlumat bankını N. Deçə təqdim edib. Gənclər bununla yanaşı həbsin siyasi motivli olduğuna şübhələr yaradan məqamları da ATƏT təmsilçisinin diqqətinə çatdırıblar.

ATƏT nümayəndəsi isə bu məsələni diqqətdə saxlayacaqlarını və qurumun Bakı ofisinin rəhbərinə və mərkəzi qərargaha hadisə barədə ətraflı məlumat verəcəklərini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR