Bank Of Baku

Asəf Quliyev: “Pənah Hüseyn bir dəfə də İctimai Palatanın Koordinasiya Şurasından istefa verib, amma sonradan qayıdıb”

Asəf Quliyev: “Pənah Hüseyn bir dəfə də İctimai Palatanın Koordinasiya Şurasından istefa verib, amma sonradan qayıdıb”
# 21 sentyabr 2012 12:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azərbaycanda müxalifət və iqtidar arasında böyük uçurum var. Ona görə də müxalifət və iqtidarın iştirakı ilə hansısa görüşlərin keçirilməsi bu cür reaksiyalar yaradır. Ancaq bizim başqa yolumuz yoxdur. Əgər Azərbaycanda köklü dəyişiklik istəyiriksə, bunun iki yolu var. Biri masa arxasında müzakirələr aparmaqdır, digəri inqilab yoludur. Köklü dəyişikliklər isə birgə müzakirələrdən gedir”.

Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Asəf Quliyev deyib. A.Quliyev bildirib ki, Müsavat Partiyasının və AXCP-nin YAP-ın təşəbbüsü ilə Ramil Səfərovla bağlı keçirilən yığıncaqda iştirakı milli məsələnin müzakirəsi kimi qəbul olunmalıdır: “Məncə, hər iki partiya bu tədbirdə iştirak etməli idi. Bunu bəhanə gətirib istefa vermək isə siyasətçiyə yaraşan addım deyil. Pənah Hüseynin xarakterində çılğınlıq var. Əvvəllər də belə hadisə baş verib. Pənah Hüseyn bir dəfə də İctimai Palatanın Koordinasiya Şurasından istefa verib, lakin bir müddət sonra həmin quruma yenidən qayıdıb”.

AXCP yetkilisi qeyd edib ki, P.Hüseyn bu dəfə də Koordinasiya Şurasına geri dönəcək və qurumda öz fəaliyyətini davam etdirəcək: “Siyasətdə məsuliyyətdən boyun qaçırmaq yox, bunun altına girib daşımaq lazımdır. Qarşıdan seçki ili gəlir. Ola bilər ki, beynəlxalq qurumların iştirakı ilə iqtidar və müxalifətin birgə müzakirələri keçirilsin və müəyyən sənədlər imzalansın. Belə olduğu halda da etiraz ediləcək?” A.Quliyevin sözlərinə görə, siyasi proseslər fəallaşdıqca, belə siyasi gedişlərin sayı çoxala bilər. Bu baxımdan da siyasi proseslərə normal yanaşmaq lazımdır. Ona görə də bu cür istefaları yanlış hesab edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR