Koordinasiya Şurasından istefa verənlər geri qayıdıblar
İP KŞ üzvü Vidadi Mirkamalın APA-ya verdiyi məlumata görə, iclasda sentyabrın 19-da qurumun yığıncağında KŞ üzvləri Pənah Hüseyn, Zəfər Quliyev və Köçəri Nağıbəylinin istefa vermələri ilə bağlı açıqladıqları mövqe müzakirə olunub. Dörd saatdan artıq gedən müzakirələrdə kompromis əldə olunub və adıçəkilən şəxslər qurumda qalıb. KŞ-nın iclasında qurumdan istefa vermək istəyən şəxslərlə bağlı qərar verilib.
Qərarda bildirilib ki, “Avropa Parlamentinin Azərbaycan haqqında qətnaməsi. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar tərəfindən bu quruma etiraz müraciəti ünvanlanıb. Həmin etiraz müraciəti üzvləri İctimai Palatada təmsil edilən siyasi partiyalar tərəfindən də imzalanıb. Bundan sonra siyasi mühitdə və ictimai rəydə bu sənədə İctimai Palatanın da qoşulduğu şəklində məlumatlar yayılıb. Habelə, bəyanatın qəbul edilməsi ilə bağlı İP KŞ- nin üç üzvü etiraz ifadə edib və Koordinasiya Şurasının tərkibindən çıxmaq barədə niyyətlərini açıqlayıb. Yaranmış vəziyyəti dəyərləndirərək İP Koordinasiya Şurası məsələni yenidən müzakirə edilməsini lazım bilib və aşağıdakı qərarları qəbul edib: “Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənəddə Ramil Səfərovla bağlı müddəaların qeyri – obyektiv olması və ikili standartlar xarakteri daşıması haqqında siyasi partiyaların mövqeyi ilə həmrəy olduğu ifadə edilsin. Avropa Parlamentinin müvafiq qətnaməsi ilə əlaqədar Azərbaycanın siyasi partiyalarının birgə müraciətini imzalamış İP üzvləri olan siyasi partiya liderlərinin bu addımını müxalifətin ümummilli məsələlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq bütün qüvvələrlə əməkdaşlığa hazır olmasının nümayişi kimi təqdir edilsin. Diqqətə çatdırılsın ki, Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə müraciəti yalnız həmin sənədi imzalayan siyasi partiyaların mövqeyini ifadə edir. Siyasi partiyalar öz fəaliyyətlərini həyata keçirərkən tam müstəqildirlər. Siyasi partiya üzvlərinin həm də İP üzvü olması həmin partiyaların üzərinə hər hansı öhdəlik və vəzifələr qoymur. Eyni zamanda İP siyasi partiyaların hərəkətləri, imzaladığı sənədlər, o cümlədən Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə əlaqədar Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə müraciəti ilə bağlı deyil və hər hansı məsuliyyət daşımır. Bildirilsin ki, Avropa Parlamentinin “Azərbaycan haqqında qətnamə. Ramil Səfərov məsələsi” adlı sənədlə bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların birgə müraciətinin imzalanması iqtidar – müxalifət dialoqu kimi qiymətləndirilə bilməz. Xatırladılsın ki, İP-nın “Azərbaycanda demokratiyaya keçidin yol xəritəsi” sənədində iqtidarla – müxalifət dialoqu vasitəsi ilə demokratik islahatlara nail olmaq təklifi bir ildən çox vaxt keçməsinə baxmayaraq cavabsız qalıb və bu istiqamətdə iqtidar tərəfi hər hansı alternativ təşəbbüslə də çıxış etməyib”.
İclasda həmçinin ölkədəki ictimai-siyasi vəziyyət və həbsdə olan Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun işi ilə bağlı məsələ də müzakirə edilib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
Tramp onun qərarlarını ləğv etdiyinə görə Ali Məhkəməni sərt tənqid edib
Avropa Parlamenti daxilində rüşvət, korrupsiya və islamofobiyanın mövcudluğu onun nüfuzuna ciddi zərbə vurur - RƏY
Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dron qəzaya uğrayıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
Asim Mollazadə: Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - MÜSAHİBƏ
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Azərbaycanla AİB arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan lideri: Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Prezident: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
Prezident: Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir
QHT-lər BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinə Ermənistanla bağlı bəyanat təqdim edib