Bank Of Baku

Azərbaycan Prezident Administrasiyasında bir sektorun adı dəyişdirilib

Azərbaycan Prezident Administrasiyasında bir sektorun adı dəyişdirilib
# 24 sentyabr 2012 08:51 (UTC +04:00)
APA-nın məlumatına görə, dəyişikliklər nəticəsində Administrasiyanın Hüquq mühafizə orqanları ilə iş şöbəsində yeni sektor yaradılıb, İctimai-siyasi məsələlər şöbəsində isə bir sektorun adı dəyişdirilib.

Dövlət başçısının imzaladığı sərəncamla Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin nəzdində Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektoru (ştat vahidi 3 nəfər) yaradılıb. Başqa bir sərəncamla isə İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun adı dəyişdirilib. Həmin sektor bundan sonra Xarici kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə iş sektoru adlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR