Bank Of Baku

İsa Qəmbər və Əli Kərimli Avropa Yaşıllar Partiyasının nümayəndə heyəti ilə görüşüb

İsa Qəmbər və Əli Kərimli Avropa Yaşıllar Partiyasının nümayəndə heyəti ilə görüşüb
# 24 sentyabr 2012 15:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli Avropa Yaşıllar Partiyasının nümayəndə heyəti ilə görüşüb.

Müsavat Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə Avropa Yaşıllar Partiyasının baş katibi Jacqueline Cremers, Almaniya Yaşıllar Partiyasının büro rəhbəri Michael Scharfschwerdt və Macarıstan Təbiəti Mühafizə Təşkilatının rəhbəri Erzebet Schmuck iştirak edib.

Görüşdə Azərbaycanda siyasi, sosial, iqtisadi və ekologiya sahələrində vəziyyət barədə danışılıb. Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb və təşkilatlar arasında əlaqələrin gücləndirilməsi məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR