Bank Of Baku

Nigar Yaqublu barəsində qərardan apellyasiya şikayəti verilib

Nigar Yaqublu barəsində qərardan apellyasiya şikayəti verilib
# 24 sentyabr 2012 16:29 (UTC +04:00)
Bakı – APA. Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Partiyadan APA-ya verilən məlumata görə, N. Yaqublunun vəkili Nemət Kərimli Abşeron Rayon Məhkəməsinin çıxardığı qərardan verilən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacağını deyib.

N. Kərimli apellyasiya şikayətinin bu gün verildiyini, məhkəmənin şikayətə üç gün müddətində baxacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR