Bank Of Baku

DCUMH xüsusi xidmət orqanlarından KXCP daxilində təxribatları dayandırmağı tələb edir

DCUMH xüsusi xidmət orqanlarından KXCP daxilində təxribatları dayandırmağı tələb edir
# 25 sentyabr 2012 10:46 (UTC +04:00)
Bakı – APA. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) İdarə Heyətinin növbəti yığıncağı keçirilib. APA-nın məlumatına görə, yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub.

DCUMH-un İdarə Heyəti Demokratik Qüvvələrin Məşvərət Məclisinin “Azərbaycan demokratiyası – reallıqlar, perspektivlər, risklər” mövzusunda keçirəcəyi Forumu əhəmiyyətli hesab etdiyini və bu tədbirin demokratik platformada olan təşkilatlar arasında əməkdaşlığı möhkəmləndirəcəyini bildirib.

DCUMH İdarə Heyəti hakimiyyətlə bir sıra müxalifət partiyalar arasında bazarlıq xarakterli təmasların iqtidar-müxalifət dialoqu kimi təqdim olunmasını doğru hesab etmədiyini qeyd edib. Ölkənin köklü problemləri ilə bağlı ölkə başçısı ilə siyasi partiya rəhbərlərinin görüşünün keçirilməsinin vacibliyi vurğulanıb.

DCUMH İdarə Heyəti xüsusi xidmət orqanlarından milli demokratik platformada dayanan siyasi partiyalar, xüsusilə KXCP daxilində təxribatları dayandırmağı tələb edib. Müxalif yönlü mətbuatın hakimiyyətin bu oyununa dəstək verməsini doğru hesab etmədiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR