Bank Of Baku

Bəzi partiyalar Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı video görüntülərə münasibət bildirib

Bəzi partiyalar Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı video görüntülərə münasibət bildirib
# 26 sentyabr 2012 13:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Bloku bugünkü iclasında Milli Məclisin deputatı Gülər Əhmədova ilə sabiq rektor Elşad Abdullayevin video görüntüləri ilə bağlı müzakirə aparıb.

Ümid Partiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ADP sədri Sərdar Cəlaloğlu bu hadisənin əsaslı araşdırılmasını tələb edib: “Yayılan videoya görə dərhal cinayət işi açılmalıdır”. O, məsələnin araşdırılmasının, günahkarın cəzalandırılmasının vacibliyini qeyd edib.

Müsavat Partiyası isə bəyanatında bildirib ki, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Gülər Əhmədovanın sosial şəbəkələrdə, o cümlədən, elektron KİV-lərdə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə rüşvət müqabilində parlamentə düşəcəyinə dair yayılan video görüntülər cəmiyyətdə şok effekti yaradıb.

Partiya görüntülərin araşdırılmasının vacibliyini qeyd edib. Partiya yeni seçkilər keçirilməsini də təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR