Bank Of Baku

Azərbaycanda dövlət sirri təşkil edən məlumatlarla işləmə qaydalarına dəyişikliklər edilib

Azərbaycanda dövlət sirri təşkil edən məlumatlarla işləmə qaydalarına dəyişikliklər edilib
# 26 sentyabr 2012 15:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Nazirlər Kabineti "Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi Qaydası"nda dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliyə əsasən dövlət sirri ilə işləməyə buraxılış üzrə yoxlama tədbirləri qanunvericiliklə müəyyən edilmiş əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən həyata keçirilir. Həmin orqanlar bu Qaydaya uyğun olaraq, idarədaxili müvafiq qaydalarını təsdiq edirlər. Yoxlama tədbirlərinin həcmi buraxılışı rəsmiləşdirilən şəxsin işləməyə buraxılacağı məlumatların məxfilik dərəcəsindən asılıdır. Yoxlama tədbirlərinin həcmi və keçirilmə qaydası yoxlama tədbirlərini keçirən müvafiq orqanlar tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmaqla təsdiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR