Bank Of Baku

Azərbaycan parlamenti Ramil Səfərovla bağlı beynəlxalq təşkilatlara müraciət qəbul edəcək - YENİLƏNİB

Azərbaycan parlamenti Ramil Səfərovla bağlı beynəlxalq təşkilatlara müraciət qəbul edəcək - <font color=red>YENİLƏNİB</font>
# 01 oktyabr 2012 09:18 (UTC +04:00)
APA-nın məlumatına görə, mövzu barədə spiker Oqtay Əsədov danışıb. O, R. Səfərovun yerli və beynəlxalq konvensiyalara uyğun şəkildə Azərbaycana ekstradisiya olunduğunu vurğulayıb: “Erməni tərəfi bu məsələni gündəmdə saxlamaqla “status-kvo”nun qalmasını istəyirlər. Bu isə yolverilməzdir. AŞPA-nın toplantısında erməni tərəfinə bizim prezidentin saytına baxdıqları üçün təşəkkür etdim və əlavə etdim ki, öz prezidentinizin də saytına baxınlar".

O. Əsədovun təklifi ilə MM-də beynəlxalq təşkilatlara müraciətlərin qəbul olunması üçün komissiya yaradılması qərara alınıb.

İclasda çıxış edən YAP-çı deputat Mübariz Qurbanlı təmsil olunduğu partiyanın təşkilatçılığı ilə Avropa Parlamentinə etiraz məktubunun göndərildiyini xatırladıb: “Bu, onu göstərir ki, Azərbaycanın siyasi partiyaları ümummilli məsələlərdə eyni nöqtəyə vurur”.

MM-in sədri Oqtay Əsədov yenidən çıxış edərək beynəlxalq təşkilatları qətiyyətsizlikdə suçlayıb.

Mövzu ətrafında deputatlar Zahid Oruc və Fəzail Ağamalı da çıxış edib. F. Ağamalı Azərbaycanda ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasını təklif edib.

Ramil Səfərovla bağlı müzakirələr davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR