Bank Of Baku

Qüdrət Həsənquliyev parlamentin Nigar Yaqublunun sərbəst buraxılmasına təsir göstərməsini istəyir

Qüdrət Həsənquliyev parlamentin Nigar Yaqublunun sərbəst buraxılmasına təsir göstərməsini istəyir
# 01 oktyabr 2012 11:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin iclasında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin sədrinə müraciət edərək, həbsdə olan Müsavat Partiyasının üzvü Nigar Yaqublunun istintaq müddətində sərbəst buraxılması üçün parlamentin bu məsələyə təsir göstərməsini xahiş edib. APA-nın məlumatına görə, Q. Həsəquliyev bildirib ki, yekun qərar vermək məhkəmənin işidir: “Lakin Nigar Yaqublunun xanım olduğunu nəzərə alaraq, onun sərbəst buraxılması məqsədəuyğundur.
Bu barədə millət vəkilləri də müraciət edib. Lazım gələrsə, mən də Nigar Yaqublunu zaminə götürməyə hazıram”.

Q. Həsənquliyev baş verən avtomobil qəzasında Nigar Yaqublunun cinayət əməlinin olmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR