Əli Həsənov: “Azərbaycan hakimiyyəti bu hadisədən qətiyyən sarsılmayıb” - MÜSAHİBƏ
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi
- Gülər Əhmədova və Elşad Abdullayev arasında görüşün videosu və onun cəmiyyətdə yaratdığı rezonansa münasibətinizi bilmək istərdik.
- Əlbəttə, bunun rezonans doğurmağı təbiidir. Biz belə də gözləyirdik. Nəzərə alınsa ki, tərəflərdən biri keçmişdə universitet təsisçisi, rektoru, digər tərəf isə millət vəkili, hakim partiyanın üzvü olub. Bu, gözlənildiyi kimi rezonans doğurdu, Azərbaycan cəmiyyətində müəyyən müzakirələrə yer açdı. Ancaq təəssüf doğurucu hal odur ki, hansı mahiyyət kəsb etməsindən asılı olmayaraq, Azərbaycanın bəzi müxalifət dairələri, belə halları axtaran insanlar ondan hakimiyyətə, prezident İlham Əliyevin komandasına qarşı istifadə etməyə çalışırlar. Dəridən-qabıqdan çıxaraq bunu etmək istəyirlər, bütün imkanlarını, intellektlərini, ətraflarını, ixtiyarlarında olan KİV-ləri, beynəlxalq və daxili əlaqələrini işə salaraq bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd edirlər. Bu, antidövlət, antimillət mahiyyəti kəsb etsə də, bundan hakimiyyətə qarşı istifadə etmək istəyirlər. İki-üç gündür, biz bunu mətbuatdan müşahidə edirik. Hakimiyyət üçün bu məsələ prinsipcə adi, gündəlik hadisələrdən biridir. Çünki bütün dövrlərdə, bütün hakimiyyətlərdə Elşad Abdullayev kimi müxtəlif əyri yollarla sərvət toplamaq istəyən və bəzən buna nəsib olan insanlar olub. Belə əyri yollarla topladıqları sərvəti kimlərinsə vasitəsi ilə özünə mənsəb qazanmaq, hansısa hakimiyyət strukturunda təmsil olunmaq istəyiblər. Bunların puluna sahib çıxıb, ona şərik olmaq, o puldan müəyyən qədər ələ keçirmək istəyən insanlar da olub. Bu insanlar da zaman-zaman ifşa edilib, cəzalarını alıblar. Azərbaycan cəmiyyətində keçmişdə də belə hallar olub, bu gün də var, gələcəkdə də olacaq. Kim hesab edirsə ki, Azərbaycanda 9 milyon yarım əhalinin bütün hərəkətinə İlham Əliyevin komandası cavabdehdir, bu səhvdir. Hakimiyyət bu hadisədən qətiyyət sarsılmayıb. Keçmişdə də biz Elşad Abdullayev kimi insanların mənsəb qazanmasına imkan verməmişik, bu gün də vermirik, gələcəkdə də verməyəcəyik. Amma belə cəhdlərin qarşısını da almaq indiyədək heç bir hakimiyyətə nəsib olmayıb. Əsas məsələ odur ki, hakimiyyət buna qarşı ciddi mübarizə aparır. Belə bir əzm bizdə var. Cəmiyyətdə bu məsələyə olan münasibəti də, cəmiyyətin ayrı-ayrı institutlarında doğurduğu rezonansı da biz yaxşı anlayırıq.
- Bu hadisədən sonra müxalifət düşərgəsindən parlamentin qeyri-legitim olduğu və buraxılması, yenidən seçkilərin keçirilməsinə dair bəyanatlar səsləndirilir...
- Azərbaycan cəmiyyətində parlamentin qeyri-legitimliyini sübut edən heç bir fakt yoxdur. O cümlədən nə müxalifətdə, nə də bu işi tədqiq edən daxili və xarici ekspertlərdə... Elə Elşad Abdullayevin videosunun özü də onu göstərir ki, onun kimi qeyri-qanuni yollarla parlamentə can atan insanlar öz məqsədlərinə nail olmayıblar. Onlar kiminlə danışıq aparıblar, bunun bugünkü parlamentə heç bir dəxli yoxdur. Onlarla Gülər Əhmədova kimi, ondan da yüksək ranqlı, hakimiyyətə daha yaxın olan insan tapa, işə qoşa bilərdilər. Amma bu faktın özünün baş tutmaması onun göstəricisidir ki, bu parlamentə Elşad Abdullayev kimi təsadüfü, əyri yollarla can atan adamlar düşməyib, düşə də bilməz.
- Elşad Abdullayev Azərbaycanın hüquq-mühafizə orqanlarını adam oğurluğu ilə bağlı etdiyi müraciətlərə baxmamaqda ittiham edir. Bu məsələyə münasibətinizi öyrənmək istərdik.
- Elşad Abdullayevin hüquq-mühafizə orqanları ittiham etməyə heç bir əsası yoxdur. Onun necə insan olduğunu, cəmiyyətdə hansı imic qazandığını hamı yaxşı bilir. Əlbəttə, deyə bilərlər ki, necə oldu, belə bir insan Azərbaycanda universitet açdı, tələbələr yığdı, ən həssas bir sahədə müəssisə sahibi oldu. Təəssüflər olsun ki, belələri ayrı-ayrı zamanlarda müəyyən əməllərini həyata keçirə bilirlər. Amma hakimiyyət onun xarakterini, məqsədini bilən kimi universitetini bağladı. Bu gün müxalifət gecə-gündüz bağırır ki, Elşad Abdullayev hakimiyyəti ifşa elədi. Bəs Elşad Abdullayevin özünü kim ifşa elədi? Məgər o müxalifətçilərin özlərinin uşaqları, yaxınları həmin universitetdə təhsil almırdı? Orada dərs demirdi? Elşad Abdullayevdən bəhrələnməyə çalışmırdılarmı? Hakimiyyət onun Azərbaycan təhsilinə daxil olmaqla güddüyü məqsədi bilən kimi dərhal o universiteti bağladı. Elşad Abdullayev əlində çamadanlarla, əyri yollarla əldə elədiyi pullarla qapı-qapı gəzməyə başladı ki, universitetin fəaliyyətini bərpa eləsin. Buna nail ola bilmədi. Bunu Elşad Abdullayevin özü sübut elədi. İndi o, hakimiyyəti təhdid edir ki, onda başqa video var, açıqlayacaq. Azərbaycan hakimiyyəti Elşad Abdullayevin açıqlayacağı heç bir videodan qorxmur. Hakimiyyət Elşad Abdullayevin əməllərinə heç vaxt şərik olmayıb, gələcəkdə də olmayacaq. Onun hansısa yollarla qazandığı pullara şərik olmaq istəyən, qeyri-qanuni yolla ona vasitəçilik etmək istəyən insanlarla bağlı faktı varsa, buyursun, açıqlasın. O adamlar mütləq şəkildə cəzalandırılacaqlar. Azərbaycan hakimiyyətində belə insanlar təmsil olunsalar da, onlar zamanında müəyyən edilib və cəzalarını alıblar. Keçmişdə də biz belə insanları cəzalandırmışıq, bu gün də prezidentimizin iradəsi ondan ibarətdir ki bu cür insanlar cəzalarını almalıdırlar. Gələcəkdə də belə olacaq. Biz belə hallarla barışmaq niyyətimiz yoxdur.
- Gülər Əhmədovanın bundan sonrakı siyasi taleyi necə olacaq?
- Hər halda video prokurorluq tərəfindən araşdırılır. Videonun gerçəkliyinə də cəmiyyətdə heç kimdə şübhə yoxdur. Yəni belə bir çəkiliş olub. Bu çəkilişin nə dərəcədə montaj olub-olmadığı araşdırılandan sonra Azərbaycan qanunlarının tələblərinə uyğun müvafiq addımlar atılacaq. Heç kimə güzəşt yoxdur. Biz nə iqtidar partiyasının üzvünə, nə də hansısa şəxslə yaxınlığına, qohumluğuna, hansısa şəkildə bağlılığına görə kiməsə münasibət bildirmirik. Azərbaycan hakimiyyətinin təməlini ümummilli liderimiz qanunlara söykənərək qoyub. Azərbaycanda qanunçuluq hər bir insan üçün onun davranış normalarının əsasında dayanır. Qanunu pozan hər bir insan cəzasını almalı, qanunu pozmayana isə cəza verilməməlidir. O anlamda düşünürəm ki, bu yoxlamanın axırını gözləməliyik. O ki, qaldı Gülər Əhmədovanın YAP-da gələcək təmsilçiliyinə, partiya ilə münasibətlərinə, bu haqda partiyanın müvafiq orqanları açıqlamalar verib. Mən onu da demək istəyirəm ki, müxalifət belə hallardan hakimiyyətə qarşı istifadə etmək fikrinə düşməsin. Düşsələr də, bunun heç bir əsası yoxdur. Azərbaycan hakimiyyəti bütün dövrlərdə şəffaf idarəçilik həyata keçirib. Bu gün hansısa insanın əməllərinə görə hakimiyyəti ittiham etmək, günahlandırmaq məntiqsizdir. Heç bir cəmiyyət, o cümlədən Azərbaycan cəmiyyəti hansısa yollarla pul toplamaq, pul toplamağa nail olub, onu müxtəlif yollarla hakimiyyətə istiqamətləndirib nə isə qazanmaq istəyən insanlardan sığortalanmayıb. Amma belələrinin əməllərinin qarşısının alınması o deməkdir ki, hakimiyyət belələri ilə eyni mövqeni bölüşmür, onlar cəzalarını alacaqlar.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
Tramp onun qərarlarını ləğv etdiyinə görə Ali Məhkəməni sərt tənqid edib
Avropa Parlamenti daxilində rüşvət, korrupsiya və islamofobiyanın mövcudluğu onun nüfuzuna ciddi zərbə vurur - RƏY
Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dron qəzaya uğrayıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
Asim Mollazadə: Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - MÜSAHİBƏ
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Azərbaycanla AİB arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan lideri: Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Prezident: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
Prezident: Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir
QHT-lər BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinə Ermənistanla bağlı bəyanat təqdim edib