Bank Of Baku

ADP video qalmaqalı ilə bağlı cinayət işi açılmasını təqdir edir

ADP video qalmaqalı ilə bağlı cinayət işi açılmasını təqdir edir
# 01 oktyabr 2012 13:50 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti ilk növbədə Milli Məclisin deputatı YAP-ın Siyasi Şurasının üzvləri Gülər Əhmədova və Səməd Seyidovun adı hallanan korrupsiya faktlarının ictimai diqqətdə saxlanılmasının vacibliyini qeyd edərək, hər iki faktla bağlı cinayət işinin qaldırılmasını təqdir edib. İdarə Heyəti 2005-ci il parlament seçkilərinin nəticələri ilə bağlı Avropa Məhkəməsinin qəbul etdiyi qərarların dərhal icraya yönəldilməsi və G.Əhmədovanın cinayət işi ilə birləşdirilməsini, həmçinin məsələdə adı hallanan MSK və icra başçısının məsuliyyət məsələsinə də baxılmasını vacib hesab edib.

İdarə Heyəti üzvləri Biləsuvar və Qazax rayonu sərhədləri vasitəsilə respublikaya terrorçu olduqları ehtimal olunan şəxslərin daxil olmasından ciddi narahat olduğunu bildirib və bu faktları Ramil Səfərovla bağlı məsələdən sonra xarici qüvvələrin ölkənin daxili həyatına müdaxilə kimi dəyərləndirib və hüquq mühafizə orqanlarını sərhədlərin keşiyində daha ayıq-sayıq olmağa çağırıb.

Toplantıda ərzaq məhsullarının, xüsusi ilə də taxıl məhsullarının qiymətinin bahalaşması, “NIDA” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının həbsi pislənilib, həmçinin Balaxanı Neft-Qaz Çıxarma İdarəsi əməkdaşlarının keçirdiyi aksiya müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR