Bank Of Baku

KXCP-nin sədr əvəzi: “Partiya sədrinin müavinləri istefa ilə bağlı rəsmi müraciət etməyiblər”

KXCP-nin sədr əvəzi: “Partiya sədrinin müavinləri istefa ilə bağlı rəsmi müraciət etməyiblər”
# 03 oktyabr 2012 15:10 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “KXCP sədri Mirmahmud Mirəlioğlu 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirak niyyətini açıqlayan kimi partiya ətrafında və müxtəlif mətbu orqanlarda sədrə qarşı çirkin bir kampaniyaya start verildi”. Bunu APA-ya açıqlamasında KXCP sədrinin müavini Xəzər Teyyublu deyib.

Onun sözlərinə görə, partiyaya qarşı kampaniya aparılması xoş niyyət və xoş məramdan xəbər vermir: “KXCP sədrinin 4 müavini və bir üzvünün fraksiya yaratması tam anlaşılmazdır. İcra strukturunda olan müavinlər partiyanın sədrinə qarşı fraksiya yarada bilməzlər. Bu anormal haldır. Partiya buna etiraz edir. Bu gün partiya sədri prezidentliyə namizədliyini verirsə, onun müavinləri seçkiyə hazırlaşmaq əvəzinə, fraksiya yaradırlar. Fraksiyanın yaradılmasında məqsəd bu işə mane olmaqdır”.

KXCP sədrinin müavinləri Ədalət Yusibov və Fikrət Cəfərovun vəzifələrindən istefa verməsinə gəlincə, X.Teyyublu bunlardan məlumatsız olduğunu bildirib: “Oktyabrın 7-də keçiriləcək Ali Məclisin sessiyasında partiya sədrlərinin müavinləri tərəfindən bütün baş verənlərə, fraksiya, istefa və başqa məsələlərə aydınlıq gətiriləcək”.

KXCP Ali Məclisinin sədri, hazırda partiya sədrinin səlahiyyətlərini icra edən Bəybala Əbil isə istefalardan məlumatsız olduğunu və partiyaya bu barədə rəsmi müraciət edilmədiyini deyib: “Sədr müavinlərinin istefa ilə bağlı rəsmi müraciətləri olarsa, bununla bağlı partiya məlumat yayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR