Bank Of Baku

İctimai Palata yürüş-mitinq təyin edib

İctimai Palata yürüş-mitinq təyin edib
# 04 oktyabr 2012 14:02 (UTC +04:00)
İP KŞ-nın üzvü Köçəri Nağıbəylinin APA-ya verdiyi məlumata görə, aksiyanın keçirilməsi ilə bağlı qərar qurumun növbədənkənar iclasında qəbul olunub. Yürüş-mitinqdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələb olunacaq.

K. Nağıbəyli deyib ki, yürüş-mitinqin keçirilməsi üçün bir neçə yer təklif olunsa da, ən optimal yer kimi keçmiş Əzizbəyov heykəlinin qarşısından Milli Məclisin önünə qədər marşrut seçilib: “Aksiyanın oktyabrın 13-də keçiriləcəyi nəzərdə tutulub. Aksiyanın saatı isə hələ müəyyənləşdirilməyib”.

O, bununla bağlı paytaxt meriyasına müraciət ediləcəyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR