Bank Of Baku

VHP Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiya ilə bağlı bəyanat verib

VHP Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiya ilə bağlı bəyanat verib
# 06 oktyabr 2012 13:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) dünən Təhsil Nazirliyinin binası qarşısında keçirilən aksiya ilə bağlı bəyanat verib.

Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda qeyd olunub ki, VHP Siyasi Şurası oktyabrın 5-də “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyada yaşanan qarşılıqlı zorakılıq faktlarını dərin təəssüf hissi ilə qarşılayıb. Bəyanatda bildirilib ki, hər bir vətəndaşın öz fikrini sərbəst şəkildə ifadə etmək haqqı və insanların sərbəst toplaşma azadlığı var. Ancaq dindarların xüsusi aqressivlik nümayiş etdirməsi və qanunun tələblərinə qarşı çıxması da birmənalı qarşılana bilməz: “Hər şeydən öncə ona görə ki, “Hicaba azadlıq” şüarı ilə keçirilən aksiyanı hicab geyinmə haqqının tapdandığını düşünən orta məktəb şagirdləri deyil, onların valideynləri həyata keçirdilər. Bu faktın özü də insan hüquq və azadlıqları ilə bir araya sığmır”.

Bəyanatda qeyd olunub ki, VHP aksiyanın təşkilində “xarici qüvvə”, xüsusilə İran kəşfiyyatının rolunu istisna etmir: “Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası dindarları dövlətçiliyimizə zərbə vurmağa çalışan xüsusi qüvvələrin əlində, bilərəkdən və ya bilməyərəkdən, alət olmamağa, aksiyalar zamanı aqressivlikdən çəkinməyə, Azərbaycan hakimiyyətini isə vətəndaş sülhü, milli birlik, həmrəylik nümayiş etdirərək, həbs olunanları qısa müddətdə azadlığa buraxmağa, inzibati təzyiq üsullarından istifadə etməməyə, maarifləndirmə siyasəti yürütməyə çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR