Bank Of Baku

BAXCP hökuməti siyasi, hüquqi və dini maarifçilik sahəsində islahatlar aparmağa çağırıb

BAXCP hökuməti siyasi, hüquqi və dini maarifçilik sahəsində islahatlar aparmağa çağırıb
# 08 oktyabr 2012 12:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda aqressiv dini əhval-ruhiyyədə köklənmiş bir qrup şəxsin oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirdiyi aksiya müzakirə olunub. İdarə Heyəti aksiya iştirakçılarının aqressiv və zorakı davranışlara yol vermələrini qətiyyətlə pisləyib: “İdarə Heyəti hesab edir ki, aksiyaya zorakı əməllər törətmək və polislə qarşıdurmaya getmək üçün hazırlıqlı gəlmiş dini ekstremistlərin arxasında duran qüvvələrin kimliyi müvafiq qurumlar tərəfindən müəyyənləşdirilməli və bu barədə ictimaiyyətə məlumat verilməlidir”.

BAXCP aksiya zamanı qanuna zidd əməllərə yol vermiş şəxslər zərərsizləşdirildikdən sonra onlara qarşı polis tərəfindən ifrat güc tətbiq edilməsini də yolverilməz hesab edib. İdarə Heyətinin qənaətinə görə, polis belə vəziyyətlərdə maksimum təmkin nümayiş etdirməli, ifrat güc tətbiqindən çəkinməlidir.

İdarə Heyəti Azərbaycan hökumətini siyasi, hüquqi və dini maarifçilik sahəsində islahatlar aparmağa çağırıb. Toplantıda partiyanın III qurultayına hazırlıq vəziyyəti və qurultayın müzakirəsinə təqdim olunacaq sənədlərlə bağlı müzakirələr də aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR