Bank Of Baku

Tural Abbaslının Abel Məhərrəmova qarşı iddiası üzrə məhkəmə keçirilir

Tural Abbaslının Abel Məhərrəmova qarşı iddiası üzrə məhkəmə keçirilir
# 08 oktyabr 2012 15:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova qarşı iddiası üzrə ikinci məhkəmə iclası keçirilib. Müsavat Partiyasından APA-ya verilə məlumata görə, hakim qarşı tərəfin məhkəmə iclasına qatılmadığını əsas gətirərək prosesi oktyabrın 19-u saat 16:00-dək təxirə salınıb.

Qeyd edək ki, T. Abbaslı 2011-ci il aprelin 2-də İctimai Palatanın (İP)Fəvvarələr meydanında keçirdiyi aksiyada həbs olunandan 4 gün sonra - aprelin 6-da təhsil aldığı BDU-nun jurnalistika fakültəsinin magistratura pilləsindən qovulub.

T. Abbaslı hüquqlarının bərpası üçün məhkəməyə üz tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR