Bank Of Baku

ADP İctimai Palatanın oktyabrın 13-ə təyin etdiyi aksiyaya qoşulmayacaq

ADP İctimai Palatanın oktyabrın 13-ə təyin etdiyi aksiyaya qoşulmayacaq
# 09 oktyabr 2012 11:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, toplantıda ölkədə və dünyada baş verən mühüm ictimai siyasi hadisələr müzakirə edilib və partiyanın mövqeyi ilə əlaqədar qərarlar qəbul edilib. İlk öncə Təhsil Nazirliyinin qarşısında “hicaba azadlıq” şüarı ilə keçirilən aksiyaya münasibət bildirən İdarə Heyəti vətəndaşların konstitusion hüquqlarının qorunmasının vacibliyini və aksiyaların zorakılıq müstəvisinə keçməsinin yolverilməz olduğu qeyd edilib.

Bundan başqa İctimai Palatanın oktyabrın 13-ə təyin etdiyi aksiya ilə əlaqədar müzakirələr aparan İdarə Heyəti üzvləri partiyanın bu aksiyaya qoşulmaması haqda qərar qəbul edib.

İdarə Heyəti Gülər Əhmədova olayı ilə əlaqədar Respublika Prokurorluğunda açılmış cinayət işi məsələsinə də toxunub.

İdarə Heyəti AŞPA-nın siyasi məhbuslar haqqında kriteriləri müəyyən edən, habelə rüşvət və hədiyyə anlayışlarına aydınlıq gətirən qətnamələrini alqışlayıb, qurumun bu cür addımlarla Azərbaycan xalqı qarşısında itməkdə olan etimadı yenidən qazana biləcəyini vurğulayıb.

İdarə Heyəti Gürcüstanda seçkilərin ardıcıl olaraq qanuni keçirilməsini bu ölkədə demokratiyanın inkişaf etməsinin sübutu kimi qiymətləndirib, parlamentdə çoxluq təşkil edən yeni siyasi qüvvənin demokratik inkişafı davam etdirəcəyinə ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR