Gülər Əhmədova: “Mən Yeni Azərbaycan Partiyasına sadiqəm” – YENİLƏNİB
G.Əhmədova açıqlamasının kontekstdən çıxarıldığını deyib: “Bütün yazılanlara aydınlıq gətirmək məqsədilə mən, Gülər Mikayıl qızı Əhmədova bildirirəm ki, heç vaxt “Məndə də videolar var, yaya bilərəm” məzmunlu açıqlama verməmişəm. Mənə israrla zəng edən jurnalist xanıma bildirmişəm ki, bir vaxtlar bəzi qəzet baş redaktorları, habelə jurnalistləri barədə də videolar yayılanda “Mərkəz” qəzeti və saytı olaraq, həmin videoları dərc etməmişik. Həmin videoları yaya bilərdik, amma bunu etməmişik. Jurnalist xanım mənim bu açıqlamamı kontekstdən çıxardaraq, bilərəkdən və ya bilməyərəkdən təhrif edib ictimaiyyətə yanlış formada təqdim edib. Daha sonra digər resurslar bu yanlış informasiya üzərində təməli səhv analizlər aparmağa başlayıblar. Mən barəmdə yazılan həmin açıqlamanı qəti şəkildə təkzib edirəm”.
G.Əhmədova “Facebook” statusunda yazdıqlarının YAP-ın icra katibi Əli Əhmədovla əlaqələndirilməsinə də münasibət bildirib: “Etiraz etdiyim digər məsələ də mənim üzvü olduğu Yeni Azərbaycan Partiyasının rəhbər şəxsi ilə mənim aramdakı münasibətləri qəsdən pozmaq cəhdidir. Belə ki, mən “Facebook” sosial şəbəkəsində özümə məxsus səhifəmdə zarafatyana və sırf dostlarımla müzakirə aparmaq məqsədilə bir şeir paylaşmışdım. Bu, sadəcə bir şeir idi və heç bir şəxsə və ya şəxslərə, habelə quruma və ya təşkilata ünvanlanmayıb. Çox təəssüf edirəm ki, yenə də yuxarıda adını çəkdiyim həmin qəzet mənim “Facebook” sosial şəbəkəsində paylaşdıqlarımı yanlış istiqamətə yozaraq, ictimaiyyətdə barəmdə qərəzli münasibət formalaşdırmağa çalışıb. Bir daha bütün KİV və ictimaiyyət nümayəndələrini əmin edirəm ki, “Facebook” sosial şəbəkəsində paylaşdığım fikirlər bir vətəndaş kimi dostlarımla müzakirə aparmaq məqsədi daşıyır və heç bir alt məna kəsb etmir”.
G.Əhmədova qeyd edib ki, o, mənsub olduğum Yeni Azərbaycan Partiyasına, onun nizamnamə və məramnaməsinə sadiqdir: “Mən mənsub olduğum Yeni Azərbaycan Partiyasına, onun nizamnamə və məramnaməsinə sadiqəm və həmişə də sadiq qalacam. İstintaq getdiyindən heç bir açıqlama verməmək qərarına gəlmişəm və hər hansı açıqlamanın istintaqın gedişinə təsir edəcəyini düşünürəm. Odur ki, bütün jurnalistlərdən, KİV nümayəndələrindən xahiş edirəm ki, məndən hər hansı açıqlama almaq istəklərini istintaqın bitməsinə qədər saxlasınlar və barəmdə yazılan şayiələri xəbərə çevirib ictimaiyyətin və istintaqın fikrini yanlış istiqamətə yönəltməsinlər”.
Öz növbəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Musavat.com portalına açıqlamasında Gülər Əhmədovanın ittihamlarına cavab verib. Onun sözlərinə görə, sabiq deputat Gülər Əhmədova artıq neçənci dəfədir ki, qəzeti hədəfə alan ittihamlarla çıxış edir: “Bu, məni təəccübləndirir, lakin məqsədini anlayıram. Gülər Əhmədova belə bir görüntü yaratmaq istəyir ki, o, müxalifət düşərgəsinin hədəfindədir, hər şeyi bu düşərgəyə aid bir qəzet mürəkkəbləşdirir. Əslində isə onun vəziyyətini özü, düşünülməmiş hərəkətləri və açıqlamaları ilə, pisləşdirir. “Yeni Müsavat”, eləcə də digər KİV-lər ölkənin gündəmini dəyişən, konkret bir cinayət əməli barədə yazılar yazır, bu əməldə əsas şübhəli bilinən Gülər Əhmədova və Elşad Abdullayevin hərəkətlərini izləyərək, onları əks etdirməyə çalışır. Bu məsələdə bizim xüsusi qərəzimiz yoxdur, ola da bilməz. Üstəlik, hörmətli Gülər xanım haqqında onun partiya yoldaşlarından, iqtidar mənsublarından kəskin ifadələr işlətməmişik. Dövlətin və hakim partiyanın rəhbərləri Gülər Əhmədovanın məlum videodakı hərəkətlərini konkret olaraq dələduzluq kimi qiymətləndirmiş, onun bu cinayəti törətdiyini etiraf etmişlər. Hazırda onun mandatı əlindən alınmış (nə qədər desə də ki, mən özüm mandatdan imtina etmişəm, buna kimsə inanmır), barəsində cinayət işi açılmış, ölkədən çıxmasına yasaq qoyulmuşdur. Belə bir vəziyyətdə əsas məsələləri, taleyi ilə bağlı hökm verənlərin münasibət və qərarlarını kənarda buraxaraq, bir qəzeti hədəfə alması yersiz və gülünc görünür. Gülər xanımın problemi “Yeni Müsavat” qəzeti deyil. Onun problemi başqadır və yaxşı olar ki, onlarla məşğul olsun.
Elşad Abdullayevə gəlincə isə, əslində “Yeni Müsavat”la problemi olan instansiya məhz o olmalıdır. Çünki onun bu ilin əvvəllərində “Azadlıq” qəzeti vasitəsilə yaydığı müvafiq açıqlamaları məhz bizim qəzet əks-arqumentlərlə vurmuşdu. Bu səbəbdən bizimlə E.Abdullayev arasında ciddi konfliktlər yaşanmış, məsələ məhkəmə təhdidlərinə qədər gedib çıxmışdı. Lakin artıq onun ortaya çıxartdığı faktlar o dərəcədə təkzibolunmaz, o dərəcədə aydındır ki, hətta Gülər xanımın partiyadaşları, yaxın dostları da ona heç bir dəstək verə bilmirlər. Biz də bir qəzet olaraq olanları yazır, oxucu tələbatından çıxış edərək, bir sıra gizlinlərə işıq tuturuq. Eləcə də onun “Facebook” səhifəsində yazdığı “Xoruz baba” statusunun şifrəsini də biz çözmüşük. Təbii ki, bu cür fəaliyyətimiz Gülər xanıma xoş gəlmir, bu səbəbdən də üzərimizə hücum edir. Lakin bu dəfə də yanlış yapır. Onun üçün ən yaxşı olan budur ki, indiki anda heç olmasa sussun, istintaqın nəticələrini gözləsin, sağa-sola hücum etməsin. Bundan belə hansı hərəkəti etsə, yenə də öz vəziyyətini pisləşdirəcək”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
Tramp onun qərarlarını ləğv etdiyinə görə Ali Məhkəməni sərt tənqid edib
Avropa Parlamenti daxilində rüşvət, korrupsiya və islamofobiyanın mövcudluğu onun nüfuzuna ciddi zərbə vurur - RƏY
Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dron qəzaya uğrayıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
Asim Mollazadə: Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - MÜSAHİBƏ
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Azərbaycanla AİB arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan lideri: Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Prezident: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
Prezident: Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir
QHT-lər BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinə Ermənistanla bağlı bəyanat təqdim edib