Ədalət Yusubov: “Fraksiyadan imtina etdiyimi demişəm”
O bildirib ki, KXCP sədrinin keçmiş müavini, partiyanın Salyan rayon təşkilatının sədri Ədalət Yusubovun həmin çıxışı zamanı arxa cərgədə əyləşib və onun çıxışını tam şəkildə eşidib: “Məclisdə 80-dən artıq şəxs iştirak edib. Ədalət Yusubovun fraksiyadan imtina etməsi ilə bağlı səsləndirdiyi fikir məhz bu insanların iştirakı ilə keçirilən yığıncaqda deyilib. O deyib ki, hər bir partiya və mövcud müxalif qurumla müəyyən məsafədə dayanmaq şərti ilə seçkidə partiyamız öz gücünə arxalanaraq iştirak etməklə fraksiyadan imtina edirəm. Bunun video görüntüsü də var. Hətta Ədalət Yusubovun bu fikri zalda alqışlandı. Yəni Ədalət Yusubovun dediyi şərt məsələsi də öz həllini tapdı. Belə ki, müxalifətdə olan bütün qurumlarda KXCP-nin nümayəndələr şəklində təmsilçilik məsələsi qərarlaşdırıldı. Ədalət Yusubovun sonradan belə fikir söyləməməsi haqda dedikləri təəssüfedicidir”.
A.Hüseynov qeyd edib ki, partiyanın inkişafına xidmət edəcək addımların atılması üçün təşkilat daxilində qruplaşma - fraksiya yaradılmasına ehtiyac olmayıb: “Daxili mühiti bilənlərə bəllidir ki, bizdə həmişə fikir azadlığı olub. Ona görə də fraksiyanın yaradılmasını düzgün hesab etmirəm. Bundan başqa, fraksiya təsisçilərinin son vaxtlardakı fəaliyyətləri də qənaətbəxş olmayıb. Digər tərəfdən, bu şəxslər partiya rəhbərliyində təmsil olunublar və öz fikirlərini söyləmək üçün bütün imkanları olub. Həmçinin Mirmahmud Mirəlioğlu məzuniyyətə gedəndə partiyanı bu şəxslərə tapşırmışdı. Onlar isə əksinə olaraq, bu imkandan sui-istifadə edərək məlum işlər görməyə başladılar. Belə olan halda həmin şəxslərin atdıqları addım maraq və şübhə doğurur”.
Ədalət Yusubov isə bildirib ki, nə dediyinin fərqindədir və bu gün də dediklərini sözbəsöz təkrarlaya bilər: “Yığıncağın axır məqamında söz istəmişəm. Burada bildirdim ki, “mən həmişə öz sözümü demişəm. Keçdiyim həyat yolunda heç vaxt arxamca mənfi mənada iz buraxmamışam. Bu gün bunu bir daha sübut etmək istəyirəm. Mən fraksiyadan imtina edirəm”. Bundan sonra dərhal alqışlar oldu. Mən “dayanın” dedim və sözümə davam etdim. Dedim ki, “qarşı tərəf də haqlı olduğunu sübut etməli və iki ildən bəri verilən qərarların icrasına başlanılmalıdır”. O, tələblərinin hələ yerinə yetirilmədiyini də deyib.
Ə.Yusibov qeyd edib ki, ümumiyyətlə, partiyada mübahisələr KXCP-nin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatda təmsil olunmasından sonra başlayıb: “Siyasi müstəvidə münasibətlərimizə həddindən artıq zərbə vuran məqam partiyada ümumi razılıq olmadan bu quruma getməyimiz olub”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edilib
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? - ƏTRAFLI
Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib