Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Valyuta ehtiyatlarının idarə olunması ilə bağlı yeni istiqamətlərin araşdırıldığını deyən dövlət başçısı 9 ayda əhalinin pul gəlirlərinin 12 faiz artdığını, inflyasiyanın 1,5 faiz, orta aylıq əmək haqqının 500 dollar, orta pensiyanın 190 dollar səviyyəsində olduğunu deyib və ölkədəki inkişafın insanların yaşayış səviyyəsinə təsirsiz ötüşmədiyini diqqətə çatdırıb. Ölkədə ümumi sənaye istehsalının son illərdə azaldığını deyən prezident İlham Əliyev bu prosesin ilin 9 ayında da müşahidə olunduğunu bildirdi və bunun səbəbləri barədə danışıb.
“Buna baxmayaraq, Azərbaycanda inkişaf prosesləri sürətlə gedir, beynəlxalq maliyyə institutları, əsas reytinq agentlikləri ölkəmizin uğurlarını yüksək qiymətləndirir” deyən prezident İlham Əliyev ölkəmizin kredit reytinqlərinin artdığını deyib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində indiyə qədər ölkədə 1 milyon 100 min yeni iş yerinin açıldığını, il ərzində 188 məktəbin tikildiyini, 103 məktəbin əsaslı təmir edildiyini deyən prezident İlham Əliyev keçən rübdə Azərbaycanın idman uğurlarını daha da artırdığını, London Yay Olimpiya Oyunlarında idmançılarımızın parlaq qələbələrə imza atdığını deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq arenada da böyük uğurlar əldə edib. BMT TŞ-də Azərbaycanın mövqeyi böyük rəğbətlə qarşılanır, Qoşulmama Hərəkatına üzv olan 120 ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla da dünya birliyinin 4/3 hissəsi Dağlıq Qarabağ münaqişəsinin həllini ərazi bütövlüyü prinsipi çərçivəsində görür. “Biz indi dünyada yeni tərəfdaşlar qazanırıq” deyən prezident İlham Əliyev Latın Amerikası ölkələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının səmərəli olduğunu deyib.
Sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, nəqliyyat naziri Ziya Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər. Prezident İlham Əliyev yekun çıxışında inflyasiya risklərinin qarşısının alınması, bir müddət öncə qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ölkədə məktəblərin, uşaq bağçalarının, yeni yolların tikintisi və yenidənqurulması, əhalinin qaz, elektrik və içməli suya tələbatının ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqlarını verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminin gələn il 300 milyon manat olacağını deyən prezident İlham Əliyev 2013-cü ildə büdcə xərclərinin 20 milyard manat, icmal büdcənin 30 milyard dollardan çox olacağını deyib. Dövlət investisiya proqramının bu ilin sonuna qədər qəbul olunmasının vacibliyini deyən dövlət başçısı ölkədə qaz hasilatının artdığını, “Ümid” yatağından qazın hasilatına başlandığını deyib və bir daha TransAnadolu qaz kəməri layihəsinin əhəmiyyətinə toxunub.
Prezident İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun daha da genişləndirilməsi, sənayeləşmə prosesinin, Bakı və ətraf qəsəbələrin inkişafının sürətləndirilməsinin əhəmiyyətinə toxunub. Dövlət başçısı bu yaxınlarda ölkəmizdə keçirilən 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıb, onun yekunlarının səmərəli olduğunu deyib və Azərbaycanın uğurlarını bundan sonra da davam etdirəcəyinə əminliyini bildirib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
Tramp onun qərarlarını ləğv etdiyinə görə Ali Məhkəməni sərt tənqid edib
Avropa Parlamenti daxilində rüşvət, korrupsiya və islamofobiyanın mövcudluğu onun nüfuzuna ciddi zərbə vurur - RƏY
Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dron qəzaya uğrayıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
Asim Mollazadə: Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - MÜSAHİBƏ
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Azərbaycanla AİB arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan lideri: Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Prezident: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
Prezident: Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir
QHT-lər BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinə Ermənistanla bağlı bəyanat təqdim edib