Millət vəkili Fazil Mustafa Elşad Abdullayevlə görüşüb
Bu barədə APA-ya məlumat verən F.Mustafa bildirib ki, görüş AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Fransaya səfəri çərçivəsində baş tutub.
Onun sözlərinə görə, görüş E. Abdullayevin xahişi ilə baş tutub və onun qaldırdığı məsələlərin, tələblərinin, hazırkı fəaliyyətinin müzakirəsinə həsr olunub: “Mənə də müraciət etdi ki, ona bu məsələlərdə kömək edim. Mən də bildirdim ki, hüquq-mühafizə orqanlarına birbaşa özü müraciət edib və video görüntüləri çatdırıb. Öz hüquqlarını bizdən yaxşı bilir və hüquqşünas kimi davam etdirə bilər. Onun istəyi daha çox qardaşının işinin araşdırılması və verilən pulların qaytarılmasıdır. Onda notariat qaydasında təsdiq olunmuş və kimə nə qədər vəsait verməsinə dair sənədlərin olduğunu söylədi”.
F. Mustafa qeyd edib ki, E. Abdullayev BDU-nun hüquq fakültəsində onun müəllimi olub: “O, hüquq sahəsini normal bilən adamdır, ona görə də hansısa hüquqi məsləhətə ehtiyacının olduğunu da düşünmürəm. Hesab edirəm ki, belə faktlarla işləməsi də onun hüquqşünaslığından irəli gəlir”.
Millət vəkili sabiq rektorun Avropadan sığınacaq aldığını söyləyib: “Özünün dediyinə görə, əvvəl Strasburqda yerləşmə izni verilib. Sonra həyatına təhlükə olduğunu deyib və Parisə köçürülüb. Amma bizimlə Strasburqda görüşdü. Dediyinə görə, Avropa Şurası səviyyəsində ona dəstəklər var. İki fransız vəkili var və orada kulislərdə fəaliyyət göstərirlər. Yenə deyirəm, iki tələbinin olduğunu bildirdi. Birincisi, qardaşının taleyinə aydınlıq gətirilməsi, ikincisi isə notarial qaydada verdiyi vəsaitlərin geri qaytarılmasıdır. Burada söhbət təkcə deputat olması üçün verdiyini iddia etdiyi vəsaitdən getmir. Özünün iddia etdiyinə görə, notarial qaydada daha 3 milyon dollar verib. Dediyinə görə, bəzi şəxslərlə itkin düşən qardaşının tapılması ilə bağlı da söhbətləri olub. Hər halda, bunlar iddiadır. O dedi ki, onda bu istiqamətdə sensasiya yarada biləcək başqa sənədlər də var, bu sənədləri də vaxtaşırı açıqlamağı düşünür”.
Fazil Mustafa qeyd edib ki, millət vəkili kimi ona müraciət edən şəxsi dinləmək borcudur: “Mənim tövsiyəm o oldu ki bu problemin Azərbaycan daxilində çözülməsinə, iddialarının ölkə içində aydınlaşmasına çalışması daha düzgün olardı. Xaricdə Azərbaycanın adının belə qalmaqallarla hallanması ölkənin ümumi mənafelərinə ziddir”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edilib
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? - ƏTRAFLI
Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib