Prezident İlham Əliyev: “Biz dünya miqyasında böyük dəstəyə malikik”-FOTO
Prezident qeyd edib ki, makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir: “Əsas reytinq agentlikləri ki, hazırda Avropanın inkişaf etmiş ölkələrinin kredit reytinqlərini endirirlər, aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini artırırlar. “Fitch”, “Standard & Poor’s”, “Moody’s” – yəni 3 əsas reytinq agentliyi bizim kredit reytinqlərimizi artırıblar və bu da görülən işlər, aparılan islahatlar nəticəsində mümkün olub”.
Prezident sovet vaxtından qalmış əmanətlərə kompensasiya verilməsi prosesinin başlandığını, bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla bu vəsaitin məhz Azərbaycanda veriləcəyini xatırladıb.
Ölkə başçısı orta aylıq əmək haqqı, pensiyanın artdığını, MDB məkanında bu göstəricinin ən yüksək göstəricilər arasında olduğunu deyib: “Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz”.
Prezident pensiya və əmək haqlarının ildən-ilə qaldırıldığını söyləyib: “Hazırda Azərbaycanda pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir”.
Regionlarda işlərin uğurla getdiyini deyən prezident İlham Əliyev bu ilin əvvəlindən 94 min yeni iş yeri açıldığını, onlardan 73 mininin daimi iş yeri olduğunu deyib: “Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılıb ki, onlardan 800 mini daimi iş yeridir”.
Sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər olduğunu vurğulayan ölkə başçısı il ərzində 188 məktəb və əlavə korpuslar tikildiyini, 103 məktəbin əsaslı təmir edildiyini deyib: “Bu proses həm Bakıda geniş vüsət almışdır, həm də bölgələrdə. Bakı məktəblərinə gəldikdə, gələn tədris ilinə qədər nəinki qəzalı vəziyyətdə, heç bir dənə də olsun, təmirsiz məktəb qalmayacaq. Bölgələrdə də bu istiqamətdə böyük işlər gedir. Yəqin ki, bölgələrdə bütün məsələni tam şəkildə həll etmək üçün bir qədər çox vaxt lazım olacaq”.
Azərbaycan Olimpiya və Paralimpiya oyunlarındakı nəticələrindən söz açan ölkə başçısı olimpiyaçılarımızın dünyada medalların sayına görə 24-cü, keyfiyyətinə görə 30-cu, Avropa ölkələri arasında 15-ci, İslam ölkələri arasında 3-cü yerdə olduğunu deyib. Paralimpiyaçılarımız isə 27-ci yerə çata biliblər, onlar 12 medal qazanıblar ki, bunun da dördü qızıldır: “ İdmanın inkişafı üçün dövlət vəsaiti, dövlət dəstəyi lazımdır, təlim-məşq prosesi yüksək səviyyədə keçirilməlidir, infrastruktur layihələri lazımdır. Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir və artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi tikilməkdədir”.
Azərbaycanın beynəlxalq arenada da uğurlar əldə etdiyini vurğulayan prezident ölkəmizin BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak etdiyini və prinsipial mövqe nümayiş etdirdiyini bildirib: “ Keçən ilin oktyabr ayında, - artıq bir il keçir, - biz Təhlükəsizlik Şurasına üzv olduqda, mən o vaxt xalqa müraciətimdə demişdim ki, biz bu qurumda ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə həmişə olduğu kimi, əməl edirik. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik”.
Prezident bildirib ki, BMT TŞ üzvlüyünə seçkilər zamanı Azərbaycana göstərilən dəstək artıq özünü digər formatlarda büruzə verir: “Bildiyiniz kimi, Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu, bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər çox ölkə var. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür. Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini nəzərə alsaq, - təbii ki, NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının üzvü ola bilməz, - orada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə vurğulanıb. Bu da ermənilərin növbəti məğlubiyyəti, bizim növbəti uğurumuzdur. Yəni, dünya birliyinin dörddə üç hissəsi məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz”.
Prezident qeyd edib ki, ermənilərin “xalqların müqəddəratını təyinetmə prinsipləri” adı ilə dünya birliyini çaşdırmaq istəyinin uğursuzluqla nəticələndiyini də beynəlxalq təşkilatlarda qəbul olunan qərarlar və bəyannamələr təsdiqləyib: “ Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Helsinki Yekun Aktının sənədlərində məsələ məhz belə qoyulub. Ona görə, bütün bu növbəti diplomatik uğurlar, siyasi qələbələr, Ermənistan üzrə mütləq qələbəmiz bizi daha da ruhlandırır və məsələnin həllinə yaxınlaşdırır.
Biz daha da güclü olmalıyıq və oluruq. Beynəlxalq mövqelərimizi möhkəmləndiririk, dünya miqyasında böyük dəstəyə malikik”.
Prezident Azərbaycana əməkdaşlıq üçün ənənəvi olmayan qitələrdən, xüsusilə Latın Amerikasından böyük maraq olduğunu bildirib: “Biz də Latın Amerikası ölkələri ilə çox sıx əlaqələr qururuq və görürük ki, bu əlaqələr çox səmimidir, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və dostluq əsasında qurulur. Münasibətlər hər bir ölkə ilə məhz bu prinsiplər üzərində qurulmalıdır. Biz bunu dəfələrlə bəyan etmişik. Mən dəfələrlə demişəm ki, Azərbaycan ancaq bərabərhüquqlu münasibətləri qəbul edir. Əgər kimsə fikirləşirsə ki, öz iradəsini bizə qəbul etdirə bilər, səhv edir. Biz ancaq bərabərhüquqlu, qarşılıqlı maraqlar, bir-birinin işinə qarışmamaq prinsiplərini qəbul edirik. Biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi məhz bu prinsiplər əsasında sıx bağlayırıq və hesab edirəm ki, həm xarici siyasət və həm də iqtisadi məsələlərin həlli üçün bu istiqamət çox perspektivlidir. Həm xarici siyasət sektoruna, həm iqtisadi məsələlərlə bağlı olan qurumlara müvafiq tapşırıqlar verilib ki, biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi daha da sürətlə qurmalıyıq. Əlbəttə, ənənəvi tərəfdaşlarla da bizim dostluq münasibətlərimiz var. Təbii ki, bu əlaqələr davam etdiriləcək”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Xames Rodriges Kolumbiya millisində karyerasını başa vurub
“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib
Zelenski: Rusiya son həftələrdə iki dəfə mənim təyyarəmə hücum etməyə çalışıb
Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır
Merz BMT Baş Assambleyasının tədbirləri üçün Nyu-Yorka səfərini ləğv edib
Hikmət Hacıyev BƏƏ-nin dövlət naziri ilə görüşüb
TASS: Ukrayna üzrə danışıqlara ev sahibliyi etməyi 10-a yaxın ölkə təklif edib
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 52 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ məhkəməsi Kennedi Mərkəzinin fasadına Trampın adının vurulmasını yenidən qadağan edib
Zelenski Ruslan Kravçenkonu Ukraynanın Baş prokuroru vəzifəsindən azad edib
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb
Nepalda 100-dən çox insan səpgili yatalağa yoluxub, 4 nəfər ölüb
ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
Trampın müşaviri: ABŞ Merzin sözlərinə etibar edə bilməz
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Bessent: Rusiya və Çin ehtiyatlarında dollar aktivlərinin payını azaldıb
Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
Tramp onun qərarlarını ləğv etdiyinə görə Ali Məhkəməni sərt tənqid edib
Avropa Parlamenti daxilində rüşvət, korrupsiya və islamofobiyanın mövcudluğu onun nüfuzuna ciddi zərbə vurur - RƏY
Almaniyada hərbi aerodrom yaxınlığında naməlum dron qəzaya uğrayıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
Asim Mollazadə: Ruben Rubinyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilədir - MÜSAHİBƏ
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Skott Bessent: ABŞ İran təhdidini bitirir
Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, 2 vəzifəli şəxs həbs olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Hörmüz boğazında hücuma məruz qalan tankerin 2 heyət üzvü itkin düşüb
Azərbaycanla AİB arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Xırdalanda 19 yaşlı qızın qumbaranın partlaması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Azərbaycan lideri: Tam məsuliyyətlə deyirəm, Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Prezident: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
Prezident: Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir
QHT-lər BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinə Ermənistanla bağlı bəyanat təqdim edib