KXCP sədrinin keçmiş müavini partiyada narazılıq yaradan səbəbləri açıqlayıb
Ə.Yusubov partiya rəhbərinin fəaliyyətində narazı qaldığı məqamlar, tələb və təklifləri haqda danışıb: “Seçkilərdən dərhal sonrakı müddətdə İctimai Palata-KXCP münasibətləri ilə bağlı qəbul olunan qərarların icrasına yönələn addımların atılmasını istəmişəm. Bu qərarlar zaman-zaman KXCP-nin bu və ya digər orqanlarında müzakirə olunaraq qəbul edilib. Bundan başqa, müxalifətlə geniş inteqrasiya ilə bağlı qərarın icrası da tələb mövzusudur. Partiya seçkidə iştirak edən 8 partiya ilə geniş əməkdaşlıq model üzərində işləməyə dair verdiyi qərarı da icra etməyib. Seçkidən sonra verilən qərarların özəyi isə geniş inteqrasiya alınmadığı təqdirdə, təkbaşına təşkilatlanma və güc mərkəzinə çevrilmək istiqamətində addımların atılmasının zəruriliyi olub”.
Ə.Yusubov İP-ə münasibətdə partiyanın İdarə Heyətinin sonuncu yığıncağında qəbul etdiyi qərarı təqdir etsə də, KXCP-də gərginlik yaradan addımların öz həllini tapmadığını da diqqətə çatdırıb: “Ancaq partiyada gərginlik yaratmış, bu günə qədər aradan qaldırılmayan, heç bir yerdə müzakirə olunmadan partiya sədrinin şəxsi təşəbbüsü ilə atılan addımlar da var. Partiya üzvlərinin əksəriyyəti KXCP-nin Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında, Demokratik Qüvvələrin Məşvərət Məclisində iştirakına münasibəti birmənalı olmayıb. Partiya sədri Mirmahmud Mirəlioğlu da etiraf edib ki, şəxsi təşəbbüsə söykənən fəaliyyət olub. Hamıya bəllidir ki, bu, partiyanın siyasi iradəsini ifadə etməyib. Mən bu qurumlardan çəkilməyi də şərt olaraq ortaya qoymuşam. Partiyanın kollegial qərarı olmadan, nizamnamə pozuntusuna yol açaraq bu qurumlarda təmsil olunmaq, sonrakı dövrdə bunu partiyanın rəhbər strukturlarından birinin qərarı ilə qanuniləşdirməyi doğru hal hesab etmirəm. Bu birbaşa nizamnamə pozuntusudur. Biz sədrin bütün səlahiyyətlərinə hörmətlə yanaşırıq. Ancaq partiyanın kollegial qurumlarının qərarlarına da hörmətlə yanaşmağın tərəfdarıyıq”.
O qeyd edib ki, KXCP İdarə Heyətinin siyasi birliklərdə partiyanı təmsil edəcək nümayəndələrin təyinatının da əleyhinədir: “Bu qərar səfirlik institutunun yaradılmasına bənzəyir. Fikrimcə, nümayəndələrin göndərilmədiyi Milli Birlik Hərəkatı və “Qarabağ” bloku qalıb. Ən böyük siyasi güc də hakimiyyətdir. Nümayəndənin birini də Yeni Azərbaycan Partiyasına göndərmək lazımdır. Bütün siyasi qüvvələrlə məsafədə dayanmağın mahiyyəti onların məntiqinə görə budursa, düzgün deyil. Bu nə məntiqdir? Söhbət əməkdaşlığın konkret prinsiplərindən, mahiyyətindən getməlidir. Burada isə mahiyyət yoxdur. Belə aldadıcı, ağlagəlməz addımların atılması partiyaya başucalığı gətirmir. Əksinə, partiya məsxərə vəziyyətinə salınır”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO
Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
Oman sahillərində neft tankeri minaya düşüb
“Gənc Hüquq Maarifçiləri” layihəsi yekunlaşıb
Baş katib Lebedev: Azərbaycan gələn il MDB-nin həmsədri, 2028-ci ildə isə sədri olacaq
Azərbaycan-Ermənistan “Sülh körpüsü” dialoqunun beşinci görüşü başa çatıb
Qızıldaşda külək elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılıb
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Lənkəranda avtomobil azyaşlını vuraraq öldürüb, hadisə yerindən qaçan sürücü tutulub - FOTO
Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə 15 yeni bağça istifadəyə verilib - FOTO
Moskvadan gələn sərnişinin baqajında bəyan edilməyən dərman vasitələri aşkarlanıb
Balakənin keçmiş icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
Avropa Komissiyası: Orta Dəhlizin potensialından səmərəli istifadə üçün əməkdaşlığın genişləndirilməsi vacibdir
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Dövlət Komitəsində “Açıq qapı” günü keçirilib
Kapital Bank “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalayıb
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb
ABB enerji sektorunu araşdırıb
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Kreml: Putin və Paşinyan Gümrüdəki Rusiya hərbi bazasının taleyini müzakirə edəcəklər
Belarusda Rusiyadakı ukraynalıları geri qaytarmaq üçün yeni humanitar missiya keçirilib
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edilib
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? - ƏTRAFLI
Qubada itkin düşən şəxsin axtarışları ilə bağlı Samur-Abşeron kanalına suyun verilməsi dayandırılıb
Ziraat Bank Azərbaycan X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib