Bank Of Baku

İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
# 12 oktyabr 2012 10:21 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın (İP) üzvləri Bakı şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, İP-in üzvləri Gülağa Aslanlı, Asif Quliyev və Azər Canıyev adından iddia ərizəsi 1 saylı Bakı Yerli İnzibati-İqtisad Məhkəməsinə təqdim olunub. Yaxın günlərdə iddia əsasında məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, adları qeyd olunan şəxslər oktyabrın 13-də Bakıda mitinq yürüşün keçirilməsi üçün İP adından BŞİH-ə müraciət ediblər. Lakin BŞİH onlara Bayıl qəsəbəsində 20-ci sahədə mitinq keçirməyi məsləhət görüb. İddiada həmin qərarın əsassız hesab olunması, yürüş-mitinqin keçirilməsinə icazə verilməsi tələb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR